Türkməneli Partiyasının sədri azərbaycanlıların soyqırımı ilə bağlı başsağlığı verib - VİDEO

19:03 29-03-2019 | icon 799 | Cəmiyyət
Türkməneli Partiyasının sədri azərbaycanlıların soyqırımı ilə bağlı başsağlığı verib - VİDEO

31 mart Azərbaycanlıların soyqırımı günü ilə baglı Kərkükdə Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya türk dünyasında canlı yayımlanan Radio group 91.3 - ə müsahibə verib.

 

Versus.Az xəbər verir ki, türkmənləri Azərbaycanın bir parçası adlandıran Riyaz bəy bildirib ki, 1998 – ci ildən başlayaraq bu tarix qardaşlarımızın soyqırım günü kimi bütün dünyada anılır:

 

1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur”.

 

Türkməneli Partiyasının başkanı diqqətə çatdırıb ki, Azərbaycan 200 ildən çoxdur ki, öz tarixində soyqırımlar, repressiyalar, sürgünlər, faciələrlə qarşılaşıb:

 “1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb”.

 

 Mart qırğınları zamanı ermənilərin bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtdıqlarını vurgulayan Riyaz Sarıkahya deyib ki,  Xəzər dənizində yerləşdirilən hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

 

Türkməneli Partiyasının sədri Qafqaz İslam Ordusundan, Nuru Paşanın Azərbaycana gəlişi barədə də danışıb. Eyni zamanda, bildirib ki,1988-ci ildən ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən təxribat xarakterli qırğınlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi, eləcə də ona bitişik 7 rayonu işğal edilib, beləliklə, Azǝrbaycanın 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

 

“Bu gün atəşkəs elan edilməsinə baxmayaraq təəssüf ki, işgalçı tərəf təxribat törətməkdə, atəş açmaqda davam edir və öz torpaqlarını qoruyan Azərbaycan əsgərləri qəhrəmancasına şəhid olurlar”.

 

31 mart soyqırım günü ilə baglı başsağlığı verən, bütün şəhidlərə rəhmət diləyən Riyaz Sarıkahya Azərbaycanın tezliklə torpaqlarını işgaldan azad edəcəyinə, dogma yurdlarından didərgin düşən insanların öz evlərinə qayıdacagına əminliyini bildirib.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı