AzMİU-da 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

23:02 29-03-2019 | icon 567 | Cəmiyyət
AzMİU-da 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə AzMİU-nun rektorluğu, professor-müəllimlər heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

 


Versus.Az
-ın məlumatına görə, tədbiri universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov açaraq qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilmiş ən dəhşətli faciələrdən biri də Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Prorektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya bəyan edilib. 

 


İctimai fənlər kafedrasının dosenti Gülarə Abbasova soyqırımı haqqında qısa giriş verərək 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğınlar törətdiyi barədə tarixi faktları auditoriyaya çatdırıb. G.Abbasova xüsusi qeyd edib ki, erməni bolşeviklərinin soyqırımı siyasəti nəticəsində erməni silahlı dəstələri təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda, digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını xüsusi amansızlıq və işgəncələrlə qətlə yetiriblər. 
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Mənsur Zərbəliyev çıxışında soyqırımı ilə bağlı ötən illərdə çoxlu sayda yeni faktlar və sənədlərin toplandığını, Quba şəhərində kütləvi məzarlığın aşkar olunduğunu tələbələrin diqqətinə çatdırıb. 


AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov gəncləri erməni millətçilərinin ötən əsrin əvvəllərində, eləcə də ondan sonrakı dönəmlərdə xalqımıza qarşı həyata keçirdiyi siyasəti, Azərbaycan tarixinin qanlı səhifələrini unutmamağa səsləyib.


Tədbir tələbələrin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnıların səslənməsi ilə davam edib.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı