İndoneziya Komodo adasını turistlər üçün niyə bağlayır?
İndoneziya hökuməti 2020-ci ilin yanvarından Komodo adasını turistlər üçün bağlayacaq.
Versus.Az xəbər verir ki, qərar ətraf mühitin mühafizəsi, xüsusilə də Komodo varanlarının saylarının artırılması ilə bağlıdır.
Qeyd olunur ki, bir müddət əvvəl bölgə rəhbərliyi 41 ədəd Komodo varanını qanunsuz olaraq aparmağa çalışan qaçaqmalçıları saxlamışdı.
Komodo adasının qeyri-müəyyən müddətə bağlanacağı deyilir.
Komodo adası 1986-cı ildən YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"