"Bu, yekdil formada Ermənistana cavab siqnalıdır"

23:20 29-03-2019 | icon 400 | Siyasət
"Bu, yekdil formada Ermənistana cavab siqnalıdır"

Minsk qrupunun həmsədrləri bəyan edib ki, danışıqların formatı dəyişdirilə bilməz. Habelə Aİ-nin yüksək rəsmiləri də eyni mövqe nümayiş etdirib və bu, yekdil formada Ermənistana bir cavab siqnalıdır.

 

Versus.Az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov Romaya ikigünlük səfəri çərçivəsində "Agenzia Nova" informasiya agentliyinə bildirib.

 

Nazir müavini bildirib ki, Azərbaycan və İtaliya arasında münasibətlər yüksək səviyyədədir və strateji tərəfdaşlıq xarakteri daşıyır:

"Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya çoxsaylı səfərlərinin, ötən il İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri kimi həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər də təsdiq edir".

 

R.Həsənov deyib ki, ikigünlük səfəri çərçivəsində, habelə İtaliya Senatının Xarici Əlaqələr Komissiyasının sədri senator Vito Petroçelli və Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri deputat Marta Qrande ilə də görüşlər keçirib. Hər iki parlamentar ilə görüşdə "parlamentlər səviyyəsində münasibətlər yüksək səviyyədədir, bunu ötən il İtaliya Senatının sədri Maria Elisabetta Kasellatinin Azərbaycana rəsmi səfəri də təsdiq edir.

 

İqtisadi münasibətlərə gəldikdə isə nazir müavini iqtisadi münasibətlərin də yüksək səviyyədə olduğunu təsdiq edərək bunun "mükəmməl təmələ söykəndiyini" təsdiq edib:

""İtaliya bizim ən böyük ticarət tərəfdaşımız, Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda italyan mallarının ən böyük idxalçısıdır""

 

Enerjidən bəhs edərkən nazir müavini tərəfindən "enerji mənbələrinin və təchizatının diversifikasiyası üçün strateji bir layihə" kimi istinad edilən Cənub Qaz Dəhlizi mövzusuna toxunulub:

 

"İtaliya hökumətinə Trans-Adriatik Boru Kəməri layihəsinə (TAP) dəstəyinə görə təşəkkürümüzü bildiririk və tikinti işlərinin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılması vacibdir."

R.Həsənovun sözlərinə görə, enerji sektoru Azərbaycanın iqtisadi münasibətlərin əsasını təşkil edir. Azərbaycan italyan mallarına və texnologiyasına yüksək dəyər verir, neft-kimya, infrastruktur, tikinti, moda kimi digər sektorlar üzrə əməkdaşlıqda geniş imkanlar mövcuddur.

 

Nazir müavini əlavə edib ki, danışıqlar zamanı iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və onun növbəti iclasının keçirilməsinin vaxtının müəyyənləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Vyanada Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüşə münasibətdə isə "Vyana görüşünün nəticələrinə dair yalnız görüş keçirildikdən sonra fikir bildirmək olar. Azərbaycanın mövqeyi dəyişməz qalır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həllin tapa bilər", deyə o bildirib. Digər tərəfdən həmçinin BMT müxtəlif qətnamələr vasitəsilə Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirib.

 

N.Paşinyan tərəfindən danışıqların formatında dəyişikliklə bağlı edilmiş təklifə dair nazir müavini deyib:

 

"Ermənistan danışıqların formatının dəyişdirilməsi ilə bağlı məsələ qaldırıb, lakin Azərbaycan bunu qəbul edə bilməz. Minsk qrupunun həmsədrləri ( Fransa, ABŞ və Rusiya) bəyan edib ki, danışıqların formatı dəyişdirilə bilməz. Habelə Aİ-nin yüksək rəsmiləri də eyni mövqe nümayiş etdirib və bu, yekdil formada Ermənistana bir cavab siqnalıdır və Azərbaycanın mövqeyinin hər dəfə daha çox dəstəkləndiyinin göstəricisidir".

 

R.Həsənov deyib ki, münaqişənin həlli regiona sülh və satbillik gətirəcək:

"Azərbaycan beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində münaqişənin tezliklə həllinə çalışır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları