Alimlərdən xərçənglə bağlı vacib tövsiyə

11:21 30-03-2019 | icon 485 | Sağlamlıq
Alimlərdən xərçənglə bağlı vacib tövsiyə

Gündə cəmi iki unsiya (təxminən 57 qram) qozun istehlakı təxminən iki həftə ərzində süd vəzisi xərçəngi zamanı genlərin ekspressiyasını gözəçarpacaq dərəcədə dəyişdirir.


Versus.Az xəbər verir ki, belə nəticəyə Marşall Universitetindən (Qərbi Virciniya ştatı, ABŞ) olan alimlər gəlib.


Universitetin biotibb elmləri kafedrasının professoru və tədqiqatın aparıcı müəllifi Eleyn Hardman qeyd edib ki, qozdan istifadə süd vəzisi xərçənginin inkişafını yavaşıdır.
Süd vəzisi diaqnozu qoyulan 10 qadın kliniki tədqiqat üçün cəlb olunub. Toxuma nümunələrin alınmasından sonra onları iki qrupa bölüblər. Bir qrupdakı pasiyentlər gündəlik iki unsiya qoz istehlak ediblər. İki həftə sonra bütün pasiyentlərdə şişin götürülməsi üzrə əməliyyat keçirilib və toxuma nümunələri yenidən götürülüb. Müayinələr qoz istehlakına görə, genlərin ekspressiyasını gözəçarpacaq dərəcədə dəyişdiyini üzrə çıxarıb.


"Bu nəticələr təsdiq edir ki, qozun istehlakı şişin inkişafının qarşısını ala və süd vəzisi xərçəngi zamanı sağ qalma şansını yüksəldə bilər”, - Hardman qeyd edib.
Qeyd edək ki, süd vəzisi xərçəngi bütün dünyada qadınlarda ən sıx görülən xərçəng növüdür. Həmçinin, ağciyər xərçəngindən sonra, dünyada ən çox qeydə alınan xərçəng növüdür. Statistikaya görə, hər 8 qadından biri həyatının müəyyən dövründə döş xərçəngi xəstəliyinə tutulur. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı