ŞOK İDDİA: Rusiya hərbçilərinin Venesuelada olmasının səbəbi...

13:52 30-03-2019 | icon 429 | Dünya
ŞOK İDDİA: Rusiya hərbçilərinin Venesuelada olmasının səbəbi...

 

Rusiyanın hərbi mütəxəssisləri “S-300” zenit-raket sistemlərinin işini qaydaya salmaq üçün Venesuelaya gediblər.

Versus.Az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda brifinqin gedişatında Venesuela üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams bildirib.

“Bizim fikrimizcə, rusların orada məşğul olduğu şeylərdən biri “S-300” sistemləri ilə hakimiyyətə kömək etməkdir”, - o deyib.

Abrams daha əvvəl bildirib ki, ABŞ Rusiyanı Venesuelada vəziyyət üzrə sanksiyaların tətbiqi imkanını xatırlamağa çağırır. Ötən gün isə Ağ Evdə Venesuelada “Qərb yarımkürəsi xaricində”ki hərbi güclərin genişlənməsi barədə xəbərdarlıq edib. Rusiyanın Xarici İşlər Nazirliyindən cavab olaraq bildiriblər ki, Rusiya mütəxəssislərinin Venesuelada olması ikitərəfli hərbi əməkdaşlıq üzrə razılaşmayla tənzimlənir.

Xatırladaq ki, martın 28-də ABŞ prezidenti Donald Tramp Rusiyadan Venesuelanı tərk etməyi tələb edib.

“Rusiya getməlidir”, - o, Latın Amerikası ölkəsində vəziyyəti şərh edərkən deyib.

Trampın sözlərinə görə, buna nail olmaq üçün Vaşinqton bütün variantlara baxır.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də - kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı