Onlar ermənilərə dəstək verdilər

17:28 27-09-2017 | icon 625 | Qarabağ
Onlar ermənilərə dəstək verdilər

Türk siyasətçi, teleaparıcı, alim və siyasətçi Xankəndində

“”Qərb Ermənilərinin Milli Konqresinin Milli Şurası”nın təsisçisi Araqat Ahonyanın təşəbbüsü ilə Xankəndidə qarabağlı separatçılarla Türkiyədən gəlmiş siyasətçilər və mədəniyyət xadimlərinin görüşü olub. Görüşdən sonra mətbuat konfrası keçirilib”.

Versus.Az milli.az-a istinadən xəbər verir ki, erməni mediasında yayılan xəbərdə belə deyilir.

Səfəri Ermənistandakı “Veradarts” (“Qayıdış”) fondu təşkil edib.

İşğal altında olan, separatçı rejimin idarə etdiyi Xankəndidəki mətbuat konfransında Türkyə Yaşıllar və Gələcək Partiyasının (Yeşiller ve Sol Gelecek Partisi) yetkilisi, “Ankara Düşüncə Platforması” qeyri-hökumət təşkilatının rəhbəri, sabiq millət vəkili Ufuk Urasın başçılıq etdiyi, Türkiyədən Xankəndinə gəlmiş nümayəndə heyəti vardı.

Türkiyədən Ermənistana yollanan, oradan da Dağlıq Qarabağa keçən nümayəndə heyətinə U.Uras, yazıçı Əli Bayramoğlu, yazıçı və teleaparıcı Erol Katırçıoğlu, yazıçı Səid Çəkinoğlu daxildilər.

“Xankəndidə bizi çox mehriban qarşıladılar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik”söyləyən U.Uras qondarma “erməni soyqırımı”nın da Türkiyə tərəfindən rəsmən tanınmasını arzuladığını söyləyib.

Dağlıq Qarabağa yollandığı üçün Azərbaycan XİN-nin “qara siyahı”sına düşməkdən çəkinib-çəkinməməsi barədə erməni jurnalistin sualını cavablayan U.Uras deyib:

“Bizdə bir məsəl var: “İslanmışın yağışdan qorxusu olmaz”. Xankəndiyə səfərimizin hansı siyasi sonuclarının olacağını bilmirəm. Sadəcə, demək istəyirəm ki, rəsmi Bakının mövqeləri ilə bağlı etirazlar mövcuddur və bunu da Bakının diqqətinə çatdırmaq istəyirik. Biz sülh arzulayırıq, Xankəndiyə də buna görə gəldik”.

U.Urasın dediyinə görə, arvadı Zeynep Uras İstanbulda “Ermənilərdən üzr istəyirik!” sloqanlı aksiya keçirdiyi üçün işdən qovulub.

Yazıçı və siyasi fəal Səid Çekinoğlu isə bildirib:

“Mən ermənilərə, Pont yunanlarına və assuriyalara qarşı illər boyu soyqırım tətbiq edildiyi yerdən gəlmişəm. Soyqırım problematikası üzrə mütəxəssisəm. Belə nəticəyə gəlmişəm ki, Dağlıq Qarabağ münaqişəsi və soyqırım arasında oxşarlıqlar, əlaqələr var”.

S.Çekinoğlunun fikrincə, bir zamanlar Osmanlı Türkiyəsinin müttəfiqi olmuş Almaniya və Avstriya qondarma “erməni soyqırımı”nı tanıdığından Türkiyə də bunu etməlidir.

“Düşünürəm ki, Türkiyə-Ermənistan sərhədi qeyd-şərtsiz açılmalıdır. Çünki Türkiyədə cəmiyyətin əksər hissəsi bunu istəyir”, – S.Çekinoğlu söyləyib.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...