“Məqsəd partiyanı parçalamaqdır”

18:12 30-03-2019 | icon 417 | Siyasət
“Məqsəd partiyanı parçalamaqdır”

Aydın Mirzəzadə: "Onun həbsdən çıxmasından sonra vəziyyət göstərir ki, İnsanovu heç kəs dəstəkləmədi"

 

 

“İnsanov təklənib və onun öz daxilində qurduğu siyasi illüziyalar tamamilə dağılıb”.

 

Versus.Az yenicag.az-a istinadən xəbər verir ki, açıqlamasında həbsdən yeni çıxmış keçmiş səhiyyə naziri Əli İnsanovun Ən Yeni Azərbaycan Partiyası (ƏYAP) yaratmaq təşəbbüsünə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, İnsanovun həbsdən çıxdıqdan sonra atdığı addımlar onun özünün əleyhinə işləyir:

 

“Bu, çox səhv bir təşəbbüsdür. Birincisi, Yeni Azərbaycan Partiyası var. Əli İnsanov vaxtilə korrupsiyada ittiham olunduğuna və partiyanın siyasi xəttinə zidd fəaliyyət göstərdiyinə görə təşkilatın sıralarından çıxarılıb.

O, YAP-da olarkən, partiya sıralarında təfriqə salmağa və Heydər Əliyev xəttinə zidd xəttin dəstəklənməsinə nail olmağa çalışırdı. Bunların hamısının qarşısı alındı.

İnsanov bu gün müəyyən qrup insanları öz ətrafına toplamağa, Azərbaycanı regionlara parçalamağa, özünün siyasi ambisiyalarını cəmiyyətə qəbul etdirməyə cəhd göstərir.

Amma onun həbsdən çıxmasından sonra vəziyyət göstərir ki, İnsanovu heç kəs dəstəkləmədi. Heç bir ictimai qurum və hər hansı tanınmış ziyalı İnsanovun yanında deyil. İnsanov təklənib və onun öz daxilində qurduğu siyasi illüziyalar tamamilə dağılıb. Onun baxışları Azərbaycanın inkişafının əleyhinə yönəlib.

Düzdür, o, qanunazidd olmayan baxışları təbliğ edə bilər. Ancaq bununla belə, cəmiyyət İnsanovu dəstəkləmir. Onun müxalifətdən ayrı-ayrı şəxsləri qoparmaqla özünə qrup yaratmaq cəhdi müxalifətdə də böyük narazılığa səbəb olub.

İnsanov YAP sıralarında olarkən apardığı fəaliyyət də ifşa olundu, siyasi məğlubiyyətə uğradı və həbsdən çıxdıqdan sonra atdığı addımlar, verdiyi bəyanatlar ilk növbədə onun özünün əleyhinə işlədi, növbəti siyasi məğlubiyyətə uğramasına səbəb oldu.

Onun yaratmaq istədiyi təşkilata o adı seçməsində məqsədi şübhəsiz ki, YAP-ı parçalamaq və partiya sıralarındakı müəyyən qüvvələri öz tərəfinə çəkməkdir. Ancaq Yeni Azərbaycan Partiyasının heç bir üzvü Əli İnsanovun arxasınca getməyəcək. Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin adı ilə yaranıb, Əli İnsanov isə ona qarşı çıxıb”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol