AXCP BƏYANAT verdi

02:52 31-03-2019 | icon 435 | Siyasət
AXCP BƏYANAT verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası 31 Mart Azərbaycanlıların soyqırım ilə bağlı Bəyanat yayıb.

 

AXCP Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, Bəyanatda deyilir:

 

31 Mart Azərbaycanlıların amansızlıqla soyqırıma məruz qalması günüdür. . Bu tarixdən artıq yüz il keçir. Azərbaycan torpaqlarının 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə bölünməsinin əsası qoyulub və sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesi davam etdirilib. Tarixin bütün dövrlərində Azərbaycan qonşuları tərəfindən dəfələrlə soyqırıma məruz qalıb və dünya bu soyqrım hadisələrinə hələ də öz hüquqi qiymətini verməyib.

 

AXCP partiya olaraq dünyada baş vermiş soyqırım hadisələrini pisləyir və bütün sülhsevər ölkələri belə olayların olmaması üçün birgə mübarizəyə səsləyir. AXCP-nin soyqırımla bağlı mövqe sənədi var. Sənəddə Azərbaycana qarşı törədilmiş soyqırımın tanıdılması istiqamətində həyata keçirilməsi vacib olan tədbirlər yer alıb.

 

AXCP 31 mart soyqırımı, eyni zamanda Xocalı soyqırımının bütün dünyada tanınması və hüquqi qiymətinin alınması üçün mövqeyindən aslı olmayaraq hər bir siyasi təşkilat , o cümlədən hökumətlə əməkdaşlığa hazırdır. AXCP ümumilikdə xalqımızın başına gətirilən müsibətlərin və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün "Soyqırım Qətliamı" parkının yaradılması təklifini irəli sürür. AXCP təklif edir ki, 5 (beş) hektar ərazidə " Soyqırım Qətliamı" parkı yaradılsın və abidələr mövcud video-görüntülər, əldə olan fotolar vasitəsilə şəkilləndirilsin.

 

Yaradılacaq həmin parkda soyqırım həqiqətlərini əks etdirən eksponat və fotoşəkillərlə zəngin muzey inşa edilsin. AXCP soyqırım faciəsinin tamamını özündə reallıqla əks etdirən bədii filmin də çəkilməsini zəruru hesab edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF