Ölümü ilə əbədi yaşamaq haqqı qazanan Milli Qəhrəmanımız

06:18 04-01-2019 | icon 463 | Qarabağ
Ölümü ilə əbədi yaşamaq haqqı qazanan Milli Qəhrəmanımız

Murad Mirzəyevin doğum günüdür

 

 

Bu torpaqlar onun uğrunda ölməyi yaşamaq eşqindən qat-qat uca tutan Şəhidlərimizin qanları üzərində qərar  tutub. Bu gün o oğullardan birinin – Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür. Şəhid polkovnik-leytenant, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevin qısa, amma qəhrəmanlıq dolu həyat yolu Azərbaycan gəncliyinə örnəkdir. 1976-cı ilin 31 martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olan Murad 1991-1994-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə qardaş ölkədə Ali Hərbi Məktəbi bitirib. O, Milli Ordunun zabiti kimi Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib.

 

2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhid zabitimizin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanından götürülərək,  Azərbaycana təhvil verilib. Aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

 

2004-cü ildə  ailə həyatı quran qəhrəmanımızın Nurlan və Dəniz adlı iki övladı var.


2016-cı ilin mayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

 

Bu gün qəhrəmanlığı ilə əbədi yaşamaq haqqı qazanan Şəhidimizin doğum günüdür. ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun.

 

Aganisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı