“Ah, gözəl yay! Əbədi mahnılar” – KONSERT

08:35 01-04-2019 | icon 457 | Mədəniyyət
“Ah, gözəl yay! Əbədi mahnılar” – KONSERT

Bakıda “Frankfoniya həftələri”i keçirilir

 

 

Azərbaycanda “Frankfoniya həftələri”-nə start verilib. Beynəlxalq Muğam Mərkəzində İsveçrə Konfederasiyasının ölkəmizdəki səfirliyinin təşkil etdiyi konsert proqramı ilə bu sıradan olan tədbirlərə start verilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Filipp Stadler qonaqları salamlayaraq “Frankfoniya həftələri”nin uğurla keçəcəyinə əminliyini bildirib:

 

“Bu gün səhnədə tanınmış isveçrəli duet – vokalçı və gitaraçı Mark Aymon və zərbçi Efraim Salzman çıxış edəcəklər. Onlar tamaşaçılara İsveçrə xalq musiqisini özündə ehtiva edən “Ah, gözəl yay! Əbədi mahnılar” adlı proqram təqdim edəcəklər”.

 

Diplomat çöldə havanın soyuq olmasına baxmayaraq, isveçrəli sənətçilərin ifaları ilə tamaşaçılara əsl yay havası hiss etdirəcəklərinə ümid etdiyini deyib.

 

Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez tədbiri çıxışında "Frankofoniya həftələri"nin keçirilməsinin bakılıları və paytaxtın qonaqlarını fransızdilli ölkələrin tarixi, mədəniyyəti, məişəti, mətbəxi ilə tanış etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu layihə çərçivəsində aprelin 15-dək maraqlı konsert, sərgi, kino nümayişi və s. keçiriləcək. O.Buşez əlavə edib ki, tədbirdə Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya səfirlikləri, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edirlər.

 

Sonra gitaraçı Mark Oyman və zərbçi Efraim Salzmanın “Ah, gözəl yay! Əbədi mahnılar” adlı konsert proqramı təqdim olunub. İsveçrəli sənətçilərin ifası tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandıb.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı