“KƏRİMLİ ƏLİ AŞİQLƏRİ” FANKLUB ÜZVÜNÜN TƏQDİMATINDA

16:17 26-09-2017 | icon 749 | Köşə
“KƏRİMLİ ƏLİ AŞİQLƏRİ” FANKLUB ÜZVÜNÜN TƏQDİMATINDA

İgid Teymurlu

Dilin ət parçasından olduğunu yaxşı anlayan Namizəd adlı Cəfərov soyadlı “Kərimli Əli aşiqləri” fanklubunun üzvü feysbukda paylaşdığı statuslarından birində deyəsən onun istənilən səmtə dönmə funksionallığını yoxlamaq qərarına gəlib.

Yasamaldakı stadionda MƏHSUL yığımına artıq start verən “Kərimli Əli aşiqləri” adlı fanklubun üzvlərindən olan həmin Namizəd adlı Cəfərov soyadlı bu müxalif günümüzün siyasi biçənəyində ac quşlar tək dən axtarışına çıxıb. Adam özü mitinq iştirakçılarının sayının az olmasını dolayı yolla təsdiqləsə də, di gəl ki, bu kontekstdə çıxış edənləri “nadan” adlandırır. O boyda boyuyla Namizəd adlı Cəfərov soyadlı fanklub üzvü heç ayıbına qısılmayaraq jurnalisti “rejimin qulu” kimi səciyyələndirərək əslində öz bağsız tuman, yamaqsız corab düşüncəsini ortalığa qoyub. Və elə bununla da Namizəd adlı Cəfərov soyadlı fanklub üzvünün diletant xarakteri üzə çıxıb. Gerçəkdəsə onun oxuduğu siyasi serenada YURDdakı Əli Kərimli aşiqlərinin də basdırılmasında oxunacaq duaya çevrilib… Siz dualarınızı oxuyun, bəylər və xanımlar! Xalqımızın sıradan bir nümayəndəsi olaraq ərz edim ki, mən belə ölmüşlərə heç zaman rəhmət söyləməmişəm, indi də söyləmirəm və heç söyləmərəm də…

ÇÜNKİ rəhməti də, lənəti də insan özü qazanır, atam balası! Hörmətli Namizəd adlı Cəfərov, görünən budur ki, siz də siyasi sferada qazandıqlarınızı Əli Kərimli eşqiylə döyünən diletant istəyinə qurban verirsiniz… Zatən sevgili məmləkətimiz Azərbaycan belə ölmüşləriylə də məşhurdur. Amma dəxi ölmüş deməyək. Çünki onlar da Seyid Əzim demişkən, bizim birimiz olublar. Çünki onların siyasi şişmanlıqları da elə təhqir etdikləri kəslərin dilləriylə cəmiyyətimizdə özünə yer edib…

Özünü hansısa “real müxalifət”in nümayəndəsi sayan Namizəd adlı Cəfərov soyadına həm də yağlı “sağ ol” düşür ki, danışdıqca özlərini cəmiyyətə daha yaxından tanıdırlar. Daha durub “göy üzünə daş atmağa” dəyməz, Qərbi söymək olmaz. Qərblilərin istəklərini gerçəkləşdirənlər elə öz aramızdadır. Siyasi və mətbu qəlsəmələr arasında özünə yer tapanlardan Azərbaycanda təzə ərazi inzibati vahidi formalaşıb – Ölülər şəhəri. MİLLƏTİN CƏBHƏsini darmadağın edib özünə burda YURD salanlar da həmin şəhərdə qeydiyyata düşən sonuncu nümayəndələrdəndilər. Paylaşdığı statusa rəğmən jurnalistin onu “ey özündən bixəbər qafil, oyan!” çağırışıyla silkələməsi Namizəd bəyə təsir etmir. Onun özü kimi ölmüşlər tərəfindən “aramıza xoş gəldin!” ifadəsindən məmnun qalması siyasi düşüncəsinin sərhədlərini apaydın göstərir. Jurnalistə “rejimin qulu” deyən Namizəd adlı Cəfərov soyadlı Əli Kərimli aşiqi, bəs sən kimin qulusan? Bunu kar da bilir. Kor da bilir – Azərbaycanda “müxalifət” adına iddia edən siyasi qüvvələrin 2 maliyyə mənbəyi mövcuddur:

1. Azərbaycan hakimiyyəti. 2. Xarici qüvvələr, daha doğrusu xarici kəşfiyyat. Və bu da bəllidir ki, belə bir mühitdə birini “söyən” o birinin Namizəd bəyin təbirincə desək “quludur”… Aha….bircə dəqiqə. Onda məntiqlə belə çıxır ki, “Əli Kərimli aşiqləri” adlı fanklubun üzvləri məntiqlə xarici kəşfiyyatın quludurlar – Xocalı soyqırımını tanımayan xarici kəşfiyyatın, xarici qüvvələrin qu-lu!!!!!! Axı onlar da bu hakimiyyətin əleyhinə danışırlar.

DİGƏR BİR TƏRƏFDƏN: Məsələyə mətbu prizmaya Qərbin yanaşma kontekstindən baxası olsaq, onda elə bu hakimiyyətin ən böyük təbliğatçıları “Əli Kərimli aşiqləri” fanklubunun üzvləridir – çünki mətbuatda monitorinq aparılanda az qala etalon kimi sayılacaq “ilboyu haqqında danışılanın” ən böyüyü bu hakimiyyətdir və bu da elə sizlərin sayənizdə olur, Namizəd bəy! Məmurları gündəmdən düşməyə qoymayan məhz sizlərsiniz! Heç hakim partiyanın mətbu orqanı öz səhifəsində bunca yazı dərc etmir. Allah bu hakimiyyətin köməyi olsun ki, heç olmasa sizlərə danışmağa mövzu verir. Hakimiyyətin ağ dediyinə qara demək və bu kontekstdə iddalarınızı dövlətçiliyə qarşı yönəltmək müxalifətçilik deyil, MÜXALİF ƏTçilikdir, divident qazanmaqdır. Xalqa belə müxalif ət lazım deyil. Qazanın….danışın…neynirsiniz edin. Mənə nə…Aradabir “xalq”dan danışırsınız, sadəcə olaraq mən də bu xalqın nümayəndəsi olduğumdan CAVAB HAQQImı öz dilinizlə, öz əməllərinizlə bəyan etdiyiniz kimliyiniz haqqında sizə söyləyirəm. Axı kənardan hər şey gözəl görünür. İndi özünüz bilin, can sizin, SƏFƏR etdiyiniz Ölülər şəhəri də Tanrının… Sadəcə olaraq o şəhərin sakinləri artdıqca, adamlar öldükcə hər şeyin faniliyi bir az üzücü olur… ALLAH SİZƏ RƏHMƏT ELƏSİNMİ, ÖLÜLƏR?!.. Həmin bu “rəhmətdiylər” Qərbə, Qərb də onlara sarı leylək sədaqətiylə boylananda mənəvi dəyərlərimizin qorunması arxa plana keçir. Ölülər şəhərinin NAMİZƏDLƏRi deyəsən bunun fərqində deyillər. Fanklub üzvləri xalqın deyil, öz maraqlarının peşindədilər. Elə ol baxımdan mən də qərblilərin iddialarına söykənərək insan tüpürcəyinin tərkibində olan opiorfinin möcüzəsindən TÜRKƏÇARƏ kimi istifadə etmək istərdim. Bu, o opiorfindir ki, morfi ilə müqayisədə nə az, nə çox, düz 6 dəfə ondan da artıq ağrıkəsici xüsusiyyətə malikdir. Bax burada deyirlər ki, Allah bir tərəfdən kəsəndə başqa bir tərəfdən də yetirir. Axı məmləkət Əhlinin ağrımayan yeri olmadığı kimi elə dərman almağa da imkanları yoxdur. Çarə tüpürcəyədir.

ONA GÖRƏ DƏ ağrıyan yerlərinizə, sizə ağrı verən yerlərə tüpürün, bəylər və xanımlar! Allah tüpürcəyinizi bol eləsin!..Sağ olsunlar qərbliləri, bəşəriyyətə tüpürcəyin möcüzəsini əta ediblər. Biz də bu “möcüzə”nin qüdrətindən yararlanıb, bütün ağrıdıcı yerlərimizə tüpürək. Amerikaya tüpürək, müsəlman soyqırımına rəvac verən Miyanmadakı rahiblərin varlığına tüpürək, dərdimizlə oynayan Avropaya tüpürək, AŞ PA-ya tüpürək, ATƏT-ə və onların Minsk Qrupuna tüpürək, amerikalı, fransalı, rusiyalı həmsədrlərin “turist səfərləri”nə, artırılacaq missiyanın işinə tüpürək, Helmut Kolun “xristian evi” adlandırdığı Avropa Birliyinin tolerantlıqdan vaz keçməklə bəşəri əlaqələri dini təəssübkeşliyin eybəcərlikləri üzərində qurmalarına tüpürək, Ermənistana gəlib gedən surroqat papaların çərənləmələrinə tüpürək, BMT-nin öz Təhlükəsizlik Şurasının qərarlarına hörmətlə yanaşmadıqlarına tüpürək, OPEK-ə tüpürək, devolvasiyaya, denominasiyaya tüpürək, səsimizə səs verməyərək islam donu altında şeytanlaşanlara tüpürək, absurd iddiaları naminə dövlətçilik maraqlarımızı tapdalamaqla erməniylə birgə yambız oynadan jurnalistciklərə tüpürək, erməniyə və onların havadarlarına tüpürək, onların şimaldakı “bratları”na, cənubdakı “bəradərləri”nə tüpürək, qərbdəki müsyoların, serlərin ikili standartlarına tüpürək, “türk məsuliyyətsizliyi”nə qol qoyanlara tüpürək, Çində, Rusiyada, Suriyada, İranda türklərə qarşı soyqırımı həyata keçirənlərə tüpürək, Avropanın bizləri lüt ətcəbala etmək istədiyi moda yarışlarına tüpürək, Turan Birliyinə qarşı çıxanlara tüpürək, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi para xatirinə zorlayanlara tüpürək, 5-6 manat müqabilində cürbəcür imtiyazların kəbinli arvadına çevrilərək erməni əsirliyində qalan qız-gəlini unutma hissinə tüpürək, “ceyranqaş, qaytanbığ şairlər”in şeirlərinə tüpürək, “Daş yuxular”a tüpürək, pəpə istəyən cocuqlarımızın başını qazanda yalxı su qaynatmağımıza tüpürək, səviyyəsiz aksiyalarla öz maraqlarını gerçəkləşdirməklə milləti gözüqıpıqlığa. ələbaxımlılığa öyrədənlərə tüpürək, “siyasi məhbus” yarlığı altında milləti hərraca çıxaranlara tüpürək , xalqın dolanışığıyla müqayisədə söydükləri, tənqid etdikləriylə eyni səviyyədə iylənə-iylənə yaşayan MÜXALİF ƏTLƏRə tüpürək , udduğumuz tüpürcəyə tüpürək, qərəz, nə başınızı ağrıdım, dünyada xoşumuza gəlməyən və bir insan olaraq bizi narahat edən, bizi çətinə salan hər bir şeyə tüpürək!!! Namizəd adlı Cəfərov soyadlı “Əli Kərimli aşiqləri” adlı fanklub üzvü də yəqin nəyəsə tüpürüb ki, ərzi-halın paylaşdığı statusda beləcə bəyan edib. Bircə onu unudub ki, axı bu dilin nə qoruğu olur, nə də qaytanı. Ona görə də ağzına deyil, ağlına gələni danışmaq lazımdır ki, sonradan siyasətçi kimi görünmək istədiyin virtual biçənəklərdə cikkildəyə-cikkildəyə qalmayasan. Fatihələri oxunmayan ölülər, sizlər bütün qazandıqlarınızı kimə və niyə qurban verdiniz!? Nədən diriykən bunun fərqinə varmadınız?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı