Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

14:28 01-04-2019 | icon 481 | Gündəm
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Versus.Az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.

Görüşdə Gürcüstan-Azərbaycan münasibətlərinin indiki səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, ölkələr arasında iqtisadi, siyasi, mədəni və digər müstəvidə əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Gürcüstan parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında da sıx əməkdaşlıq mövcuddur ki, bu da özünü hər iki ölkənin parlament üzvlərinin müxtəlif beynəlxalq tədbirlərdə regionla bağlı ortaq mövqedən çıxış etmələrində göstərir.

Görüşdə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri üzərində də dayanılıb. Qeyd olunub ki, Gürcüstan prezidentinin hər iki ölkənin torpaqlarının işğalı faktını xüsusi qabartması, işğala son qoyulmasının vacibliyini vurğulaması son dərəcə vacib məqamdır.

Məlum olduğu kimi, 9 aprel tarixi Gürcüstanda dövlət müstəqilliyinin bərpası günü kimi qeyd olunur. 1989-cu il həmin tarixdə sovet qoşunları Tiflisdə gürcü xalqının azadlıq tələbi ilə keçirdiyi dinc mitinqi dağıtmış, nəticədə 21 nəfər həlak olmuşdu, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənmişdi. Bir ildən sonra yanvarın 20-də oxşar faciə sovet qoşunları tərəfindən Azərbaycanda da törədilmişdi. Görüşdə bu barədə müzakirə aparılıb. Səfir Z.Pataradze bildirib ki, rəhbərlik etdiyi ali diplomatik missiya Gürcüstanın müstəqilliyinin bərpasının 30 illiyini geniş qeyd edəcək. Bununla bağlı görülən hazırlıq işlərinə nəzər salınıb, bir sıra məqamlar dəqiqləşdirilib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı