Prezident İlham Əliyevin Vyanaya səfəri və ...

16:56 01-04-2019 | icon 353 | Siyasət
Prezident İlham Əliyevin Vyanaya səfəri və ...

 

Prezident İlham Əliyevin Vyanaya səfəri Azərbaycan-Avstriya münasibətlərinin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir.

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, bu gün sürətlə Avropaya inteqrasiya edən Azərbaycan qitə dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurur: "Müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir. Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə Avstriyaya işgüzar səfərini yüksək qiymətləndirmək lazımdır. Səfər zamanı dövlətimizin başçısı Avstriyanın Federal Kansleri, Prezidenti və vitse-kansleri ilə görüşlər keçirdi, iki ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni əməkdaşlıq formatı yaradıldı. Hesab edirəm ki, bu səfər Azərbaycan-Avstriya münasibətlərinin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir".

V.Rəhimzadə bildirib ki, hazırda ölkəmizlə Avstriya arasındakı siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir: “Azərbaycan Avstriya ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Avstriya şirkətləri ölkəmizdə öz fəaliyyətlərini uğurla davam etdirirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avstriyanın əsas iqtisadi tərəfdaşıdır. Bütün bu məqamlar möhtərəm Prezidentimizin Avstriyada keçirdiyi görüşlərdə əsas müzakirə mövzuları olub. Avstriya rəhbərliyi də öz növbəsində, ölkəsinin Azərbaycanla əməkdaşlıqda və mövcud əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib”.

Ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avstriyaya işgüzar səfəri zamanı əsas məqamlardan biri də Ermənistan baş naziri ilə keçirilən görüş idi: “Belə ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında növbəti görüş Vyanada baş tutdu. Bu görüş bir daha göstərdi ki, danışıqlar yalnız Azərbaycanla Ermənistan arasında aparılır və format dəyişməz olaraq qalır. Qeyd edək ki, bir müddət əvvəl Ermənistan danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar əsassız iddialar irəli sürür, bununla da qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edirdi. Ancaq martın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməz olduğunu açıqladılar. Hesab edirəm ki, bu bəyanat Ermənistana konkret cavab oldu və danışıqların bundan sonrakı mərhələsində mühüm əhəmiyyət kəsb edəcək”.

V.Rəhimzadə əlavə edib ki, hər bir halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi qətiyyətli və dəyişməzdir: "Yəni BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunmalıdır". /trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol