Azərbaycanın boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

17:13 01-04-2019 | icon 445 | İdman
Azərbaycanın boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının da iştirak etdiyi Açıq Regional Çempionat başa çatıb.

Versus.Az xəbər verir ki, 18 ölkənin boccia üzrə komandalarının iştirak etdiyi çempionatda boccia üzrə milli yığmamız qrup mərhələsində ilk oyunda Macarıstan yığmasına məğlub olsa da, Xorvatiya yığması ilə qarşılaşdığı növbəti oyunu qələbə ilə başa vurub. Yığmamız Türkiyə yığması ilə qarşılaşmada da uğur qazanaraq yarımfinala qədər yüksəlib.

 

Yarımfinalda komandamız Slovakiya yığmasına məğlub olmasına baxmayaraq, Yunanıstanın komandası ilə oyunda qələbə qazanıb. Beləliklə, Azərbaycan bocciaçıları Açıq Regional Çempionatda üçüncü yeri qazanaraq, bürünc medala sahib olublar.

Yarışda birinci və ikinci yerləri müvafiq olaraq Slovakiya və Xorvatiya komandaları tutub. /trend/

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol