Qrup komandamız bədii gimnastika üzrə Qran Pri yarışlarının gümüş medalını qazanıb

17:24 01-04-2019 | icon 400 | İdman
Qrup komandamız bədii gimnastika üzrə Qran Pri yarışlarının gümüş medalını qazanıb

Bu gün, Tiyedə (Fransa) bədii gimnastika üzrə ənənəvi Qran Pri yarışlarının final mərhələləri baş tutub.

Versus.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, artıq bir neçə gündür davam edən mübarizənin sonunda Azərbaycanın qrup hərəkətləri komandası gümüş medal qazanmağa müvəffəq olub. Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovanın "Çəhrayı Pantera" musiqisinin sədaları altında 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya 23.950 xalla dəyərləndirilib. Bununla da qızlarımız fəxri kürsünün 2-ci pilləsinə qədər yüksəliblər. Turnirin qızıl medalını Ukrayna, bürünc medalına isə Rusiya komandası sahiblənib.

 

Qeyd edək ki, qrup komandamız çoxnövçülükdə 13 komanda arasında 5-ci yerdə qərarlaşıb.

Yarışda fərdi çıxışları ilə ölkəmizi təmsil edən Zöhrə Ağamirova isə 4 alət üzrə çıxışlarının ümumi nəticələrinə əsasən sıralamada 15-ci olub./trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı