"Türkiyə universitetlərinə yalnız attestatla qəbul mümkün deyil”
“Dil sertifikatı və ya hazırlıq keçmədən Türkiyə universitetlərinə yalnız attestatla qəbul mümkün deyil”
Versus.Az xəbər verir ki, bu sözləri “Celt Colleges” şirkətinin Türkiyədə təhsil üzrə mütəxəssisi Fərid Kərimov deyib.
Onun sözlərinə görə, dil sertifikatı olmayan tələbələr Türkiyə universitetlərinə qəbul zamanı imtahan verməlidirlər:
“Ümumiyyətlə, son zamanlar xaricdə təhsillə bağlı hər kəs müxtəlif fikir söyləyir. Həqiqət budur ki, dil sertifikatı və ya hazırlıq keçmədən Türkiyə universitetlərinə yalnız attestatla qəbul mümkün deyil. Bəzi, şirkətlər elan edir ki, “yalnız attestatla xaricdə təhsil” amma düşünürəm ki, bu doğru deyil. Türkiyədə bəzi dövlət universitetləri var ki, attestat və dil sertifikatı ilə tələbələri qəbul edir. Dil sertifikatı olmayan tələbələr isə Türkiyə universitetlərinə qəbul zamanı imtahan verməlidirlər. İmtahandan uğursuz keçən tələbələr isə 1il məcburi hazırlıq oxumalıdırlar. Tələbələr hazırlığı başa vurduqdan sonra yenidən imtahan verməlidir. Bəzən xaricdə təhsil şirkətləri gənclərə yanlış məlumat verir.
Yanlış informasiyaya malik olan tələbələr isə təhsil almağa getdiyi zaman fərqli situasiya ilə qarşılaşır. Türkiyə universitetlərində təhsil almaq istəyən tələbələr tədris alacaqları dil üzrə sertifikatı olmalı və ya 1 il hazırlıq keçməlidirlər. Tələbələr hazırlıq keçdikdən sonra imtahan verməlidir.
İmtahandan uğursuz keçənlər isə Türkiyə universitetlərinə birbaşa bakalavr dərəcəsinə qəbul ola bilmir. Bəzi “mütəxəssislər” “Türkiyə universitetlərinə yalnız attestatla qəbul mümkündür” söyləyirlər. Amma hamı bilir ki, bu mümkün deyil. Bəlkə onlar, fikirləşir ki, gənclər türk dilini bilirsə, imtahandan uğurla keçəcəklər. Yəni, tələbələrinistənilən halda dil sertifikatı olmalıdır. Həmçinin, dil sertifikatı olmayan tələbələr isə oradakı imtahandan uğurla keçməli, əks halda, hazırlıq oxumalıdırlar”.
Fərid Kərimov Türkiyə universitetlərinə sadəcə, attestatla qəbulun çətinliklərindən də danışıb:
“Dünya ölkələrinin bir çox universitetləri tələbələrdən IELTS və TOEFL sertifikatını tələb edir. Amma bəzi universitetlər var ki, müsahibə edərək tələbələrin dil biliyini yoxlayır.
Polşa, Macarıstan, Baltikyanı ölkələrinin bəzi universitetlərinə qəbul zaman müsahibə edərək, tələbələrin dil biliyi yoxlanılır.
Ümumiyyətlə, xaricdə təhsil şirkətinin əsas işlərindən biri tələbələrə düzgün konsultasiya verməkdir. Çünki, tələbələrə bildirilməlidir ki, yalnız attestatla qəbul zamanı orada imtahan verməli və ya hazırlıq oxumalıdırlar. Amma türk dilini normal səviyyədə bilən tələbələr imtahandan uğurla keçir.
Yalnız attestatla təhsil almaq istəyənlərin bəziləri türk dilini bilmir. Türkiyə universitetlərinə yalnız attestatla qəbul zamanı çox çətinliklər ola bilər.
Çünki, tələbələr universitetdə 4 il yox, 5 il təhsil ala bilərlər. Həmçinin, hazırlıqdan keçə bilməyən tələbələr birbaşa bakalavr dərəcəsinə qəbul ola bilməyəcəklər. Xaricdə təhsil almaq istəyənlərə tövsiyəm odur ki, ətraflı maraqlanıb, etibarlı şirkətlərə müraciət etsinlər. Onlar ən azından internet vasitəsi ilə araşdıraraq, müəyyən məlumatları əldə edə bilərlər”./azedu.az/
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...