Sabah bu ərazilərdə işıq olmayacaq
Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.
Versus.Az milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Qurum bildirir ki, "Sumqayıt Dəmiryolu İdarəsi" tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.
Versus.Az
Xəbər lenti
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
5 sərnişin həlak olub, daha 3 nəfər tibb müəssisələrinə aparılıb