Erməni təxribatı...

19:39 01-04-2019 | icon 128 | Cəmiyyət
Erməni təxribatı...

Artıq bir neçə gün məlum idi ki, 31 Mart tarixində Barselona şəhərində bir qrup erməni təşkilatı vasitəsilə "Los héroes de la guerra de Artsakh" (Qarabağ müharibəsi qəhrəmanları) adlı qərəzli və təxribat xarakterli konsertin keçirilməsi nəzərdə tutulurdu.

Bununla əlaqədar, İspaniyada yaşayan həmyerlilərimizi bir araya gəlib tədbir məkanının qarşısında etiraz aksiyası keçirərək erməni təxribatına qarşı haqlı mövqeyimizi bir daha nümayiş etdiriblər.

Versus.Az milli.Az - a istinadən bildirir ki, bu barədə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

"Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Barselonada yaşayan həmyerlilərimizlə bərabər İspaniyanın digər vilayətlərindən gələn azərbaycanlılar da iştirak ediblər.

Etiraz aksiyasında ispan dilində yazılmış "Qarabağ Azərbaycanın döyünən ürəyidir", "31 Mart - Azərbaycanlıların soyqırımı günüdür" pankartları nümayiş etdirilib.

"Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin sədri Kərim Kərimov - "Tədbir keçirilən məkanın qarşısında say nisbətində ermənilərin dəfələrcə çox olmasına baxmayaraq aksiyada iştirak edən azərbaycanlılar heç nədən çəkinmədən sonadək etiraz aksiyasını davam etdirdilər. Belə önəmli gündə heç nəyə baxmayaraq bir araya gəlib, birlikdə daha güclü olduğumuzu nümayiş etdirən hər bir həmyerlimizə təşəkkür edirik."

Aksiyada fəal iştirak edən "Valensiya Azərbaycanlıları" Cəmiyyəti sədri Mübariz İbrahim tədbirdə düşmənin planlarının puç olduğunu bildirib.

"Ermənilər özləri də aksiyanın keçirilməsindən şoka düşdülər. Soydaşlarımız tədbirdə fəal iştirak edirdi. Valensiya ilə Barselona arasında məsafə 400 km-dən çox olar. Biz buna baxmayaraq aksiyada iştirak etdik və vətənimiz qarşısında az da olsa borcumuzu yerinə yetirdik. Erməni yanlarına müdəqqəs bayrağımızlı əlimizdə alaraq,öz etirazımızı bildirdik. Necə düşmənlə üz-üzə səngərdə əsgərlərimizdir, burada bizik. Bundan sonra da erməni dasporunun yalanlarına qarşı mübarizəmizi aparacağıq".

Medina de Pomar şəhərində yaşayan Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosisasiyası direktorlar şurasının yaşadığı bölgə üzrə direktoru, sosial şəbəkədə İspaniya Azərbaycanlıları Birliyinin yaradıcı admini Vahid İmanov iki şəhər arasında məsafənin 800 km-ə yaxın olduğunu qeyd edərək, ancaq buna baxmayaraq tədbirdə iştirakının özünün müdəqqəs borcu olduğunu söyləyib.

"İspaniyada keçirilən tədbirlərdə fəal iştirak edirəm. İşlərimiz bir kənara qoyub,tədbirlərə gedirəm. Burada iştirak etməyə bilməzdim. Separatçıların bayrağının aksiyada qaldırılmasına imkan vermədik".

İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev Fransadan gələn yoldaşları ilə etiraz aksiyasına dəstək verdiklərini söyləyib.

"Ən əsası düşmənlərimiz birliyimizi gördülər.Bundan sonra da bir olacağıq".

Milli Azadlıq Hərəkatının fəallarından biri, hal-hazırda Fransada yaşayan Saleh Aqşin aksiyada iştirak edib. "Bir neçə polis maşını gəldi, ermənilər polislərə şikayət etdilər ki, azərbaycanlılar konsertimizə etiraz edirlər. Polislər isə gördülər ki, biz plakatlar və bayraqlarla dinc aksiya keçiririk. İspan dilini bilən dostlarımız polisləri başa saldılar ki, bu gün bizim soyqırım günümüzdür, onlar da qəsdən konsert edirlər".

Sonda soydaşlarımız xatirə olaraq kollektiv şəkil çəkdiriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib

AXCP sədri birinci vitse-prezidentdən razılıq etdi

DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

Keçmiş deputatlığa namizəd özünü bir daha sınayacaq

Hədəfimiz xalqın itirilmiş inamını qaytarmaqdır

“Azadlıq fədaisi” mükafatı qaliblərə təqdim olundu

Dizdə şişkinlik inkişaf edənə qədər…

ALDP seçkilərlə bağlı qərarını verdi

“İnsan hüquqlarının qorunması media müstəvisində”

HƏKİMLƏRƏ BEYNƏLXALQ TİBBİ NƏŞRLƏRLƏ DAHA DİQQƏTLƏ TANIŞ OLMAQ TÖVSİYƏ EDİLDİ

Milli inkişaf strategiyasının müəllifi

Şirkət filmin süjetini gizləyir - VİDEO

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Sabah yağış yağacaq