Acıdil insanı gözləyən aqibət

20:01 01-04-2019 | icon 671 | Maraqlı
Acıdil insanı gözləyən aqibət

Mərhum Kuleyninin "Kafi" kitabında bəhs etdiyi mövzulardan biri də acıdilli insanların aqibəti barəsindədir.

Bu dəyərli kitabda acıdilli insanlarla bağlı gələn iki hədisə işarə edəcəyik. Hər iki hədisi İmam Sadiq (ə) buyurmuşdur.

Versus.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Ən mənfur insan o kəsdir ki, insanlar onun dilindən qorxsunlar". Misal üçün xanım və uşaqları atalarının dilindən qorxsunlar. Ya dostlar hansısa dostunun acı dilindən çəkinsin.

İmam Cəfər Sadiq (ə) sonrakı hədisdə buyurur: "O kəs ki, insanlar onun dilindən qorxarlar - atəşdə olar".

Bu iki hədis qəlblərimizi titrədir və acıdilli olmağın dünya və axirət ziyanlarından qısa da olsa, bizə xəbər verir. Buyurur ki, əgər acı dilli olsan, insanlar səndən qorxacaq və qaçacaqlar. Çalışacaqlar ki, səninlə əlaqə saxlamasınlar. Hər cür rabitə qurmaqdan qorxacaqlar. Çünki acı dilin onlara əziyyət verər.

 

Başqa bir tərəfdən isə, həmin şəxsin aqibətindən xəbərdar oluruq. Görürük ki, acı dilli insanın yeri - cəhənnəm atəşidir. Bu insan həm dünyada və həm də axirətdə ziyan görənlərdən olar.

Bu hədisləri oxuyan zaman Loğmanın ən yaxşı və ən pis yemək gətirmək əhvalatı yada düşür. Həqiqətən də dil, insana yaxşılıqlar və həsənələr də qazandıra bilər. Acılıqlar və əziyyətlər də.

Həzrət Peyğəmbər (s) buyurur: "Meracda elə insanları görürdüm ki, cəhənnəmdə dillərindən asılmışdılar. Onlar o kəslər idi ki, dünyada həyat yoldaşlarına dilləri ilə əziyyət vermişdilər".

"İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına". ("Huməzə" 1).

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi