Öldürməyin autistləri

08:45 02-04-2019 | icon 780 | Köşə
Öldürməyin autistləri

 

“Xalqın xidmətçiləri”, yoxsa biganələr ordusu?



İGİD TEYMURLU

 

Qeyri rəsmi məlumatlar Azərbaycanda 400-500 min arasında AUTİZM SİNDROMLU UŞAĞIN OLMASINDAN XƏBƏR VERİR. Mərkəzlər isə bu rəqəmi 7 minlə məhdudlaşdırırlar. Statistika Komitəsi, Təhsil nazirliyi, Bakı şəhəri Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Təminat nazirliyi, Milli Məclisin aidiyyatı strukturlarısa bu konuda susurlar. Və niyə susurlar? Bu vətəndaşlara kim və nə vaxt sahib çıxacaq? Nədən bu strukturlar vətəndaşın Konstitusion hüquqlarına tüpürməklə onlarla dövlət arasında uçurum yaradırlar?

 

Öldürməyin tifil uşaqları! Aldatmayın dövlət başçısını!..

Kimə inanaq, cənab NOVRUZ MƏMMƏDOV və cənab sosial siyasətimizin ağsaçlısı HADI RƏCƏBLİylə sosial siyasətdən başqa hər işlə məşğul olan MUSA URUD!? Kimə inanaq cənab Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri ELDAR YUNUSOV!? Kimə inanaq cənablar!?

 

Heydər Əliyev Fondunun dəstəyilə son illərdə nə qədər bağçalar, nə qədər uşaq evləri tikilib, təmir edilib, cənab ELDAR YUNUSOV!? Nədən fərqində deyilsiniz ki, bu məktəbəqədər təhsil müəssisələrinə belə diqqət ayrılmasında Mehriban xanımın məramı həm də autist uşaqların sosiallaşmasını, bu təhsil müəssisələrinə ixtisaslı mütəxəssislərin cəlb edilməsini təmin etməkdən ibarətdir!? Hanı bu istiqamətdə gördüyünüz işlərin nəticəsi, cənab Eldar Yunusov!? Bu millət heç də sizlərin düşündüyünüz kimi qarın qulu deyil ki, zaman-zaman kilometrlik tortlar bişirib baş aldatmısınız. Tort bişirtdirmək, yalan vədlər vermək cənab Prezidentin buyurduğu kimi “xalqın xidmətçisi olmaq” demək deyil, cənab ELDAR ƏZİZOV və cənab ELDAR YUNUSOV!! Budurmu sizlərin şəhərə və şəhər əhalisinə göstərdiyiniz xidmət, cənab ELDAR ƏZİZOV!? Budurmi sizin məktəbəqədər təhsil müəssisələrinin hörmətli Mehriban xanımın buyurduğu kimi “ixtisaslı kadrlarla təmin edilməsi” istiqamətində atdığınız addımlar!? Autist uşaqları bağçalara buraxmamaq, sosial psixologiyanı, sosial pedaqogikanı bakalavr, magistr dərəcələrilə bitirmiş ixtisaslı kadrları kənarda saxlayıb, ondan aşağı səviyyəli adamları, pedaqogikanın, psixologiyanın nə olduğunu analamayanları  tərbiyəçi kimi işə qəbul etmək hansı fəaliyyətin göstəricisidir, cənab ELDAR YUNUSOV?...

 

Necə inanaq sizlərin səmimiyyətinizə, necə inanaq sizlərin bu dövlətin, bu millətin gələcəyi üçün çalışma vədlərinizə!? 

Kimə inanaq, cənab əmək və əhalinin sosial təminatı naziri?

 

Kimə inanaq, cənab təhsil naziri!?

 

Kimə inanaq, cənab səhiyyə naziri!?

 

Kimə inanaq, cənab Milli Məclisin sosial siyasət komissiyasının üzvləri!?

 

Kimə inanaq, cənab Milli Məclisin elm və təhsil komissiyasının üzvləri!?

 

Kimə inanaq, cənab Milli Məclisin səhiyyə komissiyasının üzvləri!?

 

Kimə inanaq, cənab bütün şəhər, rayon icra başçıları!?

 

Kimə inanaq, Azərbaycanın cənab bütün bələdiyyə başçıları!?

 

Kimə, kimə, kimə inanaq, ay bu millətin inamını tapdalayan məmur təbəqəsi!?

 

ÖLDÜRMƏYİN UŞAQLARI, ÖLDÜRMƏYİN XALQIN TİFİL ÖVLADLARINI!!!

 

Məlumatınız olsun ki, siz adı çəkilənlərdən hər biriniz öldürmək istədiyiniz xalqın tifil övladlarının xidmətində dayanan qulluqçularsınız. Ya bu tifil övladların timsalında xalqın qulluğunda dayanın, ya da işi bacarmırsınızsa, çəkilin kənara, qoy işi işbilənə tapşırsınlar. Əks halda yalandan vəzifədə oturub bu tifil övladların, onların valideyinlərinin, bütöv millətin taleyilə oynamayın!!!

 

Aldatmayın dövlət başçısını!!!

 

Aldatmayın Mehriban xanım Əliyevanı!!!

 

Cənab aldadanlar ordusu, “42 nəfəri inklüziv təhsilə yönləndirmək” məgər autizmlə bağlı pilot layihənin həyata keçirilməsidirmi!? Allahınız olsun!

 

Cənab aldadanlar, onlarla forması olan autizm sindromlu uşaqların hamısını “optavoy” halda Maştağa dəlixanasına yatızdırmaq müalicə üsuludurmu!? Allahınız olsun!

Cənab aldadanlar, autist uşağa 30, 60, 75 manat müavinət vermək bu problemin önlənməsidirmi!? Allahınız olsun!

Cənab aldadanlar, kağız üzərində nəyisə cızma qara edib bunun işlək mexanizmini haqqında heç düşünməmək qanunvericilikdirmi!? Allahınız olsun!

 

Cənab aldadanlar, heç bir statistika aparılmadan hansısa rəqəmlər uydurub, bunun müqabilində min cür oyundan çıxmaq kimin və nəyin sığortalanmasıdır!? Allahınız olsun!

Cənab aldadanlar, hərənizin bir vertalyotu olduğu halda autistlər üçün hansısa bir məkanın, hansısa bir istirahət bucağının salınmaması ictimai xidmətdirmi!? Allahınız olsunl....

 

Bu məmləkətdə Allahın Özü belə yaddan çıxsa, yenə də bizlər sizin zülmünüzdən Bir olan Allaha sığınmışıq. Sizin o sığınacaq yerlərinizdəsə Allahın yük daşıyıcılarıyla qumar oynanılır, tifil uşaqlar da o qumar oyununun qurbanı. Bu gün “Azərbaycanda 3 mindən artıq uşaq küçələrdə gecələyir”sə, bə hanı sizin sığınacaq xidmətiniz!?..

 

Bu gün magistr səviyyəli mütəxəssislər kənarda qalıbsa, bə hanı sizin dövlətin ixtisaslı kadralara sahib çıxmasından irəli gələn fəaliyyətiniz!?

 

Beynəlxalq statistik göstəriciləri və Azərbaycandakı QHT sektorunun həmin göstəricilərlə (“hər yeddi uşaqdan biri autistdir”) üst-üstə düşən rəqəmləri əsas götürsək, onda bu gün AZƏRBAYCANDA 400 minlə 500 min arasında (dörd yüz minlə beş yüz min) AUTİZM SİNDROMLU UŞAQ VAR.

 

Və bu, o uşaqlardır ki, aylıq reabilitasiyaları üçün 800-1500 manat arasında xərc tələb olunur!! Təmin etmisinizmi millətin dərd içində boğulan üzvlərini bu güzəştlə, bu pulla, ay bu milləti, bu dövləti, bu dövlətin başçısını aldadan məmur təbəqəsi?

 

Cənab Eldar Əzizov, hanı bu uşaqlar üçün, bu əlillər üçün ayırdığınız ictimai nəqliyyat!?

 

Əgər "Azərbaycandakı uşaqların sayı 2 milyon 800 mindir"sə (ancaq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatorunun məlumatına istinad etsək Azərbaycandakı uşaqların sayı 3,5 milyondur) və deyildiyi kimi "Azərbaycanda hər yeddi uşaqdan biri autist olaraq doğulur"sa, əzizlərim, onda burada rəqəmləri bölsək 400 min (500 min) alınır. Ancaq onu da, bunu da deyən kəsləır nədənsə Azərbaycandakı autistlərin sayını 7 min civarında göstərirlər!? Bu da QHT sektorunun kəşfidir, cənab həzrəti deputat AZAY QULİYEV....

 

Bakı Şəhər İcra Hakimiyyətinin rəsmiləri, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi, Sosial Təminat Nazirliyi ümumiyyətlə bu problemlə sanki maraqlanmır, ancaq hansısa pilot layihələr adı altında milyonların arxasına keçirlər və beləcə büdcə talan edilir. Bəs bu uşaqların cəmiyyətə adaptasiya olunmasında onların valideyinlərini dərdləriylə baş-başa buraxmaq hansı dövlətçilik prinsiplərindən irəli gəlir?.

SİZ BU DÖVLƏTİN MƏHVİNƏMİ SUSAMISINIZ!?

Bizlər kimə və nəyə inanaq!?

 

Xalqın xidmətində durmaq istəməyən cənablar, lütfən, İNANCIMIZI və inandığımızı, GÜVƏNCİMİZİ və güvəndiyimizi ÖLDÜRMƏYİN!...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI