"Yaralı idim, ancaq düşməni məhv etdim"

14:20 02-04-2019 | icon 96 | Şəhidlər və şahidlər
"Yaralı idim, ancaq düşməni məhv etdim"

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 3 il ötür. Ermənistan silahlı qüvvələri ilə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan əsgəri 1992-cil təvəllüdlü Emin Məhərrəmli xatirələrini Trend-ə bölüşüb.

 

Hərbçi deyir ki, aprel ayının 2-si gecə saatlarında həyəcan siqnalı ilə piyadaların döyüş maşınında (PDM) Lələtəpə istiqamətinə yola düşüblər:

 

“O vaxt polkovnik (indiki general-mayor) Mais Bərxudarov minaya düşən PDM-in qapısını açaraq məni və əsgər yoldaşlarımı texnikadan düşürərək özü ilə döyüşə apardı. Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Lələtəpəyə çatdıqda ətrafımız geri çəkilən erməni əsgərlərinin silah-sursatları ilə dolu idi. Onlar qorxularından şəxsi əşyalarını atıb getmişdilər. Əsgər vaxtı snayperçi idim, həm atıcı, həm də müşahidəçi olmuşam. Mənə qarşı tərəfi müşahidə etmək tapşırıldı və dərhal düşmənin iki texnikasını aşkar edərək komandirimə bildirdim”.

 

Döyüşçünün sözlərinə görə, o, düşmənin iki snayperçisini də məhv edib, sonra isə yaralı olduğu üçün huşunu itirərək yerə yıxılıb:

“Yanımda iki minaatançımız məlumat verdi ki, qarşı tərəfdə iki snayperçi var və onları zərərsizləşdirmək lazımdır. Dərhal müşahidə apararaq onlardan birini tapdım və məhv etdim, digər snayperçini müşahidə edən zaman isə qarşı tərəfdən güllə yarası aldım və huşumu itirdim. Özümə gəldikdən sonra digər snayperçini də taparaq zərərsizləşdirdim. İkinci dəfə huşumu itirməyim çoxlu qan itirdiyimə görə oldu. Əsgər yoldaşım məni atışma olan ərazidən çıxararaq hərbi avtomobilə mindirdi. O məni xilas edərkən ayaq sümüyü ombasından çıxsa da, məni lazım olan yerə çatdıra bildi”.

 

Əsgər əlavə edib ki, aprel döyüşləri ilə Azərbaycan Ordusu düşmənə sübut etdi ki, yenidən səngərlərdən döyüşə başlamağa, vuruşmağa və qələbə qazanmağa qadirdir.

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək