"Ölümündən 3 gün əvvəl şəhid olmaq istədiyini dedi..."

15:58 02-04-2019 | icon 725 | Şəhidlər və şahidlər
"Ölümündən 3 gün əvvəl şəhid olmaq istədiyini dedi..."

"Ölümündən 3 gün əvvəl Azərbaycan bayrağı ilə çəkdirdiyi şəklini bizə göstərib Vətən uğrunda şəhid olmaq istədiyini dedi".

 

Versus.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında 2016-cı ilin aprel döyüşlərində şəhid olan Orxan Həmidovun həyat yoldaşı Esmira Həmidova şəhid hərbçimiz haqqında xatirələrini bölüşərkən deyib.

Şəhid ailəsinin üzvü bildirib ki, O.Həmidov hərbi xidmətini başa vurandan sonra 7 il Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) çalışıb. Amma 2013-cü ildə yenidən könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb:

 

"Məqsədi yalnız Vətən, torpaq uğrunda mübarizə aparmaq idi. 2016-cı il martın 29-da evə gəlmişdi. İş yerinə görə Azərbaycan bayrağı ilə şəkil çəkdirmişdi. Axşam cibindən həmin şəkli çıxarıb göstərdi və şəhid olmaq istədiyini dedi".

E.Həmidova qeyd edib ki, iki oğul atası O.Həmidov həddindən artıq ailəcanlı, vətənpərvər insan idi:

"Həmişə Qarabağı azad etmək istədiyindən danışırdı. Onun xidmət etdiyi hərbi hissə təmas xəttinə yaxın olmasa da, könüllü olaraq döyüşə getmək istədiyini bildirib və gedib. Aprelin 2-də Füzuli istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Orxansız çox çətindir, hər axşam elə bilirik ki, işdədir, gələcək. Uşaqları hələ də atasızlığı qəbul edə bilmir. Bu gün Orxanın şəhid olması ilə qürur duyuram, amma onsuz yaşamaq həddindən artıq ağırdır".

 

O bildirib ki, şəhid hərbçimiz ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib:

"Dövlətimiz bizə bu günə qədər diqqət göstərir. Orxan şəhid olanda yaşayış vəziyyətimiz o qədər də yaxşı deyildi. Evimiz qəzalı vəziyyətdə, köhnə idi. Prezident İlham Əliyevin göstərişi ilə bizə yeni mənzil verildi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə ailəmiz diqqətdə saxlanılır, mütəmadi olaraq problemlərimizlə maraqlanırlar, yardım edirlər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin