"Ermənistan daxilindəki təlatüm Aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir"

16:44 02-04-2019 | icon 381 | Siyasət
"Ermənistan daxilindəki təlatüm Aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir"

Aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni 1918-ci ildən bu günədək ciddi tarixi dönüş nöqtəsidir.

 

Versus.az Trend-ə istinadən xəbər Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bu hadisə əslində Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır:

“Çünki Azərbaycan Ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə nəticələnən döyüşlər olmayıb. Mürəkkəb hərbi-siyasi vəziyyətdə Azərbaycan Ordusunun bu cür qələbələr əldə etməsi heç şübhəsiz ki, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda, bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçdi. Ötən üç il ərzində bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhvali-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət acısı yaratdığının şahidi olduq. 2018-ci ildən başlayaraq bu günə qədər davam edən Ermənistan daxilində təlatüm də məhz 2016-cı il aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir".

 

H.Babaoğlu vurğulayıb ki, göründüyü kimi, bu, təkcə hərbi məsələ deyil, eyni zamanda, ciddi mənəvi-psixoloji və siyasi məsələdir:

 

"Ancaq məsələ təkcə bununla məhdudlaşmır. Biz bilirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəfləri var. Bu konfliktdə iştirak edən təkcə işğalçı Ermənistan deyil, Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması cəhdləri bu problemin həlli baxımından heç də yaxşı perspektivlər vəd etmir. Hətta mən deyərdim, bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə, bir gün Azərbaycan artıq nə ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər. Düşünürəm ki, bütün bunlar, bu nəticələr 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub".

 

Millət vəkili qeyd edib ki, aprel döyüşləri mühüm bir taktiki qələbə kimi özündən cəmi iki il sonra yeni bir qələbənin - Günnüt qələbəsinin əsasını qoydu:

"Azərbaycan Ordusu Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı qaytarmaqla strateji yüksəkliklərdə möhkəmləndi və İrəvan-Qafan strateji yolunu nəzarətə götürdü. Artıq ermənilər bilir ki, bənzər hadisə yenə təkrarlana bilər və Azərbaycanın torpaqları işğaldan tam azad edilənə qədər davam də bilər".

 

O əlavə edib ki, aprel döyüşlərinin yaratdığı başqa bir reallıq isə azad edilmiş torpaqlarımıza "Böyük qayıdış"ın başlanmasının əsasının qoyulması oldu:

"Ona görə də düşünürəm ki, bu hadisə problemin həllində yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdirilməsi cəhdlərinin mümkün olmadığını hər kəsə göstərdi".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür