Versus.az “GülSam” Əlillərin Reabilitasiyası İctimai Birliyi ilə görüş keçirdi

17:24 02-04-2019 | icon 1087 | Cəmiyyət
Versus.az “GülSam” Əlillərin Reabilitasiyası İctimai Birliyi ilə görüş keçirdi

Gülnarə Səlimova: “Əlillərə münasibətlə bağlı maarifləndirmə işi kompleks şəkildə aparılmalıdır”

 

 

Versus.Az İnformasiya Agentliyi ilə “GülSam” Əlillərin Reabilitasiyası İctimai Birliyi arasında birgə əməkdaşlığa dair razılaşma əldə olunub.

 

Versus.Az-ın “Düşüncə, ürək, sözün vəhdəti və dinamik inkişafa doğru birgə addımla” layihəsi çərçivəsində baş tutan bu görüşdə sosial gündəmin ön sırasında dayanan sağlamlıq imkanı məhdud insanlarla cəmiyyətin bir-birinə adaptasiya problemləri müzakirə olunub və bu istiqamətdə ciddi maarifləndirmə işinə ehtiyac duyulduğu önə çəkilib.

 

Görüşdə KİV-lə əməkdaşlığın inkişaf perspektivləri və bütövlükdə cəmiyyətimiz üçün verə biləcəyi töhfələr qeyd olunub.

 

Qeyd edək ki, sağlamlıq imkanı məhdud şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə bir sıra yeni hüquqi normativ aktlar qəbul edilmişdir.

Sağlamlıq imkanı məhdud olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi hüquq və azadlıqlara malikdirlər. Bu gün sağlamlıq imkanı məhdud olan şəxslərin maddi təminatının gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyaları dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyaya qoşulmuş və bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına tərəfdar olduğunu bəyan etmişdir. Həmin insanların bu hüquqlardan irəli gələn yardım və xidmətlərlə daha layiqli səviyyədə təmin olunması və bu hüquqların tədricən tam realizəsinə nail olunması məqsədilə qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması öhdəliyini Azərbaycan öz üzərinə götürmüşdür.

 

Bütün bunları araşdırmaq, sağlamlıq imkanı məhdud insanlara olan qayğının hansı səviyyədə olmasıyla bağlı sorğular aparmaq, onların problemlərini daim diqqət mərkəzində saxlamaqla ortaya çıxan suallara aydınlıq gətirilməsi üçün aidiyyatı strukturlarla əlaqə saxlamaq, bütövlükdə cəmiyyətimizin sağlamlıq imkanı məhdud insanlara münasibətində maarifləndirmə işinin kompleks şəkildə aparılması üçün daha operativ, daha dinamik fəaliyyət göstərmək üçün versus.az saytı olaraq kollektivimiz bundan sonra “GülSam” Əliləri Reabilatasiya İctimai Birliyi ilə daimi əməkdaşlıq formatında öz işini qurmağa qərar verib.

Bu məqsədlə saytın rəhbəri Tahirə Qafarlı başda olmaqla bütün kollektiv “GülSam”-ın sədri Gülnarə xanım Səlimova ilə görüşüb, fikir mübadiləsi aparıblar. Aparılan müzakirələrdə mərbuatın bu işdə birbaşa yükümlü olmasını diqqətə çatdıran Tahirə xanım Gülnarə xanımla söhbətində onu da bildirib ki, “fiziki məhdudiyyətli soydaşlarımızın, vətəndaşlarımızın hamı kimi sıradan bir fərd olaraq ictimai həyatda iştirakı günün ən aktual məsələsi olmalıdır. Onların səhiyyə, təhsil, məşğulluq və inkişaf resurslarından, maddi rifahdan istifadəsini məhdudlaşdıran bütün sosial maneələr aradan qaldırılmalı və bütün bunlara ictimai nəzarəti gücləndirmək üçün zaman-zaman monitorinqlər keçirilməlidir”.

 

Fiziki məhdudlu insanlarımızı yada saldıqlarına, onların cəmiyyətə inteqrasyalarına böyük önəm verdiklərinə görə onunla görüşə gəlmiş versus.az saytının bütün kollektivinə öz təşəkkürünü bildirən Gülnarə xanım Səlimova belə yanaşmalardan məmnun olduğunu söylədi:

 

“Hər şeydən öncə mən sizlərə öz təşəkkürümü bildirir və bundan sonrakı qarşılıqlı fikir mübadilmizdə və əməkdaşlığımızda hər birimizə uğurlar arzulayıram. İnsanı böyüdən, insanı yaşadan onun saf əməlləri, təmiz duyğularıdır. Tanrıya şükürlər olsun ki, cəmiyyətimiz belə saf əməl, təmiz duyğulu insanlarla doludur. Və bunu danmaq olmaz ki, cəmiyyətimizdə belə müsbət halın oturuşmasında dövlətimizin yürütdüyü siyasət və məhz bu siyasətə yönəli “Heydər Əliyev Fondu”nun ardıcıl olaraq atdığı humanist addımlar əsas rol oynayıb.

 

Fürsətdən istifadə edib mən elə sizin saytınız vasitəsilə həm cənab Prezidentimizə, həm Mehriban xanıma, həm Leyla Əliyevaya və ümumuiyyətlə bu işdə bizlərə yardımını əsirgəməyən bütün aidiyyatı strukturlara öz təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bu sahədə də müəyyən çatışmazlıqlar var. Ancaq mən bir QHT rəhbəri kimi tam səmimiyyətimlə bildirirəm ki, aparılan işlərin mahiyyəti bizi daha da ümidli olmağa səsləyir. Mən inanıram ki, ortalıqda olan problemlər mərhələ-mərhələ öz həllini tapacaq”.

 

Məsələlərə pozitiv yanaşmalarıyla təmasda olduğu insanlara da bunu aşılamağa çalışan və az bir zamanda dərhal buna nail olan Gülnarə Səlimova bizimlə söhbətində onu da bildirdi ki, sağlamlıq imkanı məhdud insanların cəmiyyətə adaptasiyalarıyla bağlı bu gün aidiyyəti təşkilatlarla müvafiq işlər aparılmasına böyük ehtiyac var:

 

“Onların hüquqlarına hörmətlə yanaşmaq, ictimai sferada bu məqsədlə ideoloji, maarifləndirmə təbliğatının aparılması günün zəruri tədbirləri sırasındadır. Onu da qeyd edim ki, son illərdə yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması da əlilliyin artım tempinin azalmasına müsbət təsirini göstərmişdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,3 faiz təşkil edir. Ümumilikdə, hazırda dünyada 650 milyondan çox əlilliyi olan insan yaşayır. Onların ailə üzvlərini də nəzərə alsaq, dünyada təqribən iki milyard insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir”.

 

Maraqlı görüşün sonunda Gülnarə xanımla versus.az saytının rəhbərliyi və əməkdaşları qarşıda gerçəkləşdirmək istədikləri layihələrdən, ölkəiçi səfərlərin vacibliyindən danışmaqla yanaşı bu xoş anları öz fotoalbomlarına əlavə etməyi də unutmadılar.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür