Aparıcımızın gözünün qarşısında meyit yandırdılar -

16:13 03-04-2019 | icon 428 | Maraqlı
Aparıcımızın gözünün qarşısında meyit yandırdılar -

Aparıcı Hüsniyə Məhərrəmova paylaşdığı video ilə insanları mat qoyub.

 

Versus.Az axşam.az xəbər verir ki, Nepala səhayət edən aparıcı kremasiya (insanın meyidinin yandırılması prosesi) prosesinin fonunda video çəkərək sosial media hesabında yerləşdirib. Hüsniyə hadisənin şahidi olduğu üçün sevindiyini də gizlətməyib:

“Paşupatinat məbədi induizmin “Məkkə”sidir. Buraya dünyanın hər yerindən hindu zəvvarları gəlir - əsasən, ölməyə. Burada ölüm, kremasiya olunub, külü Baqmati çayına axıtmaq həyatın ən gözəl sonluğu hesab olunur. Çayı ortadan bölən körpünün cənubunda varlılar, şimalında kasıblar yandırılır.

Hazırda arxamda yaşlı bir kişini kremasiya edirlər. Onun böyük oğlu üç dəfə ətrafına fırlanaraq, onu yandırır. Mərasimdə mərhumun bütün ailə üzvləri iştirak edir. Bir bədənin sonadək yanıb kül olmasına üç saat vaxt lazımdır.

Ətrafda çox xoşagəlməz iy var. Tüstü burun-boğazı yandırır. Ağızda pis tam əmələ gəlir. Turistlərin bəziləri burnunu, ağzını bağlayır, bəziləri buna baxa bilmir, digərləri isə mənim kimi bunun canlı şahidi olduğuna görə sevinir.

Dünya çox maraqlı və rəngarəngdir. Birinə vəhşilik kimi gələn bir şey, digəri üçün ən ali nöqtədir. Ən böyük xoşbəxtlik bu planetə “Homo Sapiens” olaraq gəlib, bütün bunları görməkdir. Səyahət edin. Dünyada bundan gözəl heç nə yoxdur”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI