Bakının bu 5 rayonunda qanunsuz heyvan kəsiminə daha çox rast gəlinir 

16:24 03-04-2019 | icon 372 | Sosial
Bakının bu 5 rayonunda qanunsuz heyvan kəsiminə daha çox rast gəlinir 

Bakının Yasamal, Nizami, Binəqədi, Xətai, Nəsimi rayonlarında qanunsuz heyvan kəsiminə daha çox rast gəlinir.

Versus.Az trend-ə istinadən bildirir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər və mövcud vəziyyət haqqında özəl açıqlamasında deyib.

Q.Əbdüləliyev bildirib ki, qanunsuz heyvan kəsimi sahəsində hələ də bir çox problemlər öz həllini tapmayıb: "Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan kəsiminin qarşısını almaq üçün yerli icra hakimiyyəti orqanları və Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə hazırda yerlərdə nəzarət tədbirlərini davam etdirməkdədir. Paralel olaraq ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması prosesi davam etdirilir. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə Agentlik paytaxt Bakı və respublikanın müxtəlif bölgələrində standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir və müraciət edən sahibkarlara əməkdaşlarımız tərəfindən zəruri metodiki köməkliklər göstərilir".

 

Baş dövlət baytarlıq müfəttişi vurğulayıb ki, görülən işlərlə yanaşı, mövcud vəziyyəti qətiyyən qənaətbəxş hesab etmək olmaz: "Qanunsuz heyvan kəsimi sahəsində hələ də bir çox problemlər öz həllini gözləyir. Qeyd edək ki, Agentlik bu sahədə yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirir. Agentlik tərəfindən aparılan reyd və yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunur, həmin nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq icra orqanlarına müraciətlər olunur. Buna baxmayaraq hələ də bir sıra rayonlarda qanunsuz heyvan kəsimi fəaliyyəti davam etməkdədir. Qeyd edim ki, paytaxtın Yasamal, Nizami, Binəqədi, Xətai, Nəsimi rayonlarında bu cür qanunsuz fəaliyyətə daha çox rast gəlmək olur".

Mövcud problemlərin aradan qaldırılması istiqamətində hazırda görülən işlərə gəlincə, Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri qeyd edib:

"Bir şeyi unutmaq olmaz ki, hər bir qurumun konkret fəaliyyət sahəsi var. Burada nəzarəti, tənzimləməni bir qurum, yerlərdə icranı isə digər səlahiyyətli qurumlar həyata keçirirlər. Sözügedən sərəncamda da müxtəlif qurumlara öz funksiya və səlahiyyətlərinə uyğun tapşırıqlar verilib. Mən bu prosesdə iştirak edən aidiyyəti orqanları qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınmasında daha aktiv iştirak etməyə çağırıram. Təbii ki, bu sahədə əsas məsuliyyət qanunsuz fəaliyyət göstərən şəxslərin və sahibkarların üzərinə düşür. İstənilən halda qanunsuz fəaliyyət göstərən şəxs və ya sahibkar qanunvericilik çərçivəsində birbaşa məsuliyyət daşıyır. Vətəndaşlardan isə xahişimiz ondan ibarətdir ki, baytarlıq nəzarətindən keçməmiş ət və ət məhsullarından istifadə etməsinlər və ya ət alarkən həmin heyvanın baytarlıq müayinəsindən keçirilməsi ilə bağlı satış məntəqəsindən məlumat tələb etsinlər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür