15 yaş cavanlaşdırma - heç bir yan təsir olmadan və ömürlük...

17:03 03-04-2019 | icon 2460 | Sağlamlıq
15 yaş cavanlaşdırma - heç bir yan təsir olmadan və ömürlük...

Sevinc Heydərova: “Dünyada ən yeni müalicə vasitələrindən biri olan “Kök hüceyrə transplantasiyası”-nı Azərbaycana gətirmişik”

 

 

Həkim nevroloq Sevinc Heydərovanın Versus.Az-a müsahibəsi

 

- Sevinc  xanım, bu gün pasiyentlərdə daha çox müşahidə edilən problem nədir və onu doğuran səbəblər bardə nələri söyləmək olar?

 

- Mən həkim-nevroloqam, eyni zamanda 7 ildir ki, regenerativ tibblə məşğulam. Azərbaycana ilk dəfə proloterapiya müalicə üsulunu gətirdim. Proloterapiya degenerativ tibbin bir sahəsidir. Bu, xüsusilə əzələ-oynaq xəstəliklərində, onurğa xəstəliklərində geniş istifadə edilir. Bir çox insanları əməliyyatsız, proloterapiya üsulu ilə müalicə etmişik. Və dünyada yeni, ən son müalicə vasitələrindən biri olan “Kök hüceyrə transplantasiyası”-nı artıq Azərbaycana gətirmişik.

 

“Kök hüceyrə” müalicəsi də bir neçə sahədə geniş tətbiq edilir. Bunlardan nevroloji xəstəliklər, onurğa xəstəlikləri, oynaq xəstəliklərini qeyd edə bilərəm.

Kök hüceyrə müalicəsi 15 yaş cavanlaşmada da istifadə edilir. Xüsususilə onurğa xəstəlikləri arasında ən çox yayılmış fəqərəarası disk xəstəlikləri, yəni protruziyalar, yırtıqların əməliyyatsız müalicəsi, bundan əlavə oynaq xəstəliklərində diz artrozu, mensk yırtıqlarının bərpası, müalicəsi, nevroloji xəstəliklərdən dağınıq skleroz, parkinson xəstəliklərinin, insult xəstələrinin müalicələri ilə məşğuluq. Baş ağrılarından, xüsusən miqrenin müalicəsində 7 ildən çoxdur miqren botoksu ilə məşğulam. Bu istiqamətdə də yaxşı nəticələr əldə edirik.

 

- Daha çox hansı xəstəliklərlə bağlı sizə müraciətlər olur?

 

- İnsanlar əsasən onurğa xəstəlikləri, oynaq xəstəlikləri və baş ağrıları ilə bağlı müraciət edirlər. Dünyanın bir çox yerlərində belədir. Ölkəmizdə yeriməyən insanların sayı çoxdur. Bunun da səbəbi hərəkət aktivliyinin az olmasıdır.

Əslində insanlarda diz problemləri 30 yaşından başlayır. Belə ki, insanlarda artiroz irəlilədikcə hərəkət  artıq məhdudlaşır və  fiziki asılılığa gətirib çıxarır.  Bu baxımdan mən həmişə belə deyirəm ki, necə ki, xanımlar üzlərinin qısrışmaması, qocalmaması üçün maskalar, mezalar edirlər, dizimizin də gənc qalması üçün nələrsə edilməlidir. Dizin gənc qalması üçün vaxtında proloterapiya, kök hüceyrələrdən müalicədə istifadə etsək, diz problemlərindən xilas olmuş olarıq. Çünki bir həkim kimi yeriməyən insanları görmək bizin üçün çox ağrılıdır. Bu xəstəliklərin bir çoxu insanların öz məsuliyyətsizindən irəli gəlir.

 

 

- Sevinc xanım, bu gün dizləri ağrıyan insanlara çox rast gəlinir. Elə çoxalıb ki, bu, xəstəliyin sanki hava ilə yayılması təəssüratını yaradır. Siz xəstəliyi yaradan səbəb kimi hərəkətsizliyi qeyd etdiniz. Amma insanlar da var ki, daim hərəkətli olsalar da, onlar da sonradan bu xəstəlikdən əziyyət çəkirlər. Bunun səbəbi nədir?

 

- Əslində bu xəstəliyin yaranmasına bir çox faktorlar təsir edir. Diz artrozunun, onurğa osteoxandroz dediyimiz degenerativ dəyişikliyin əsas adı qocalma prosesidir. Çox hərəkətli insan da mikrotravmalar ala bilər. Belə ki, hündür dabanlı ayaqqabı, pilləkənlərdən çox istifadə etmək və ağır işlərlə məşğul olan insanlar çox hərəkətli olmalarına baxmayaraq bu xəstəliyə düçar ola bilir. Bu problemin yaranmasında irsi faktorlar, mübadilə problemləri, mübadiləyə təsir edən endokrin xəstəliklərin rol oynamasıdır. Çünki qığırdaq toxumasının qan damarı olmadığından orada qidalanma, bərpa prosesi baş vermir. Yəni hərəkət zamanı diffuziya yolu ilə ora kənardan qidalar gəlir. Əgər hərəkət zamanı dizə qidalar gəlməyəcəksə, elastiklik olmayacaq, kövrəkləşəcək və anında yırtılma, protruziya,  qığırdağın yeyilməsi, artroz əlamətləri qaçınılmaz olur. Bu bir “qocalma prosesi”dir. Bu prosesin qarşısını tamam almaq olmur, amma müalicəsini də gecikdirmək olmaz. Müəyyən yaşlarda fiziki aktivliyin bərpası mümkündür. Bunu da yalnız regenerativ tibblə bərpa etmək mümkündür.

 

Xəstələr adətən dizləri bərk ağrıyanda travmotoloqa gedirlər, müxtəlif  maz çəkir, ağrıkəsici, hormonol dərmanlar içirlər, amma kömək etmir. Sonra hormon iynə vururlar və bu da təsirsiz olanda, tək çarə əməliyyat olur. Əməliyyat olunan xəstə də 3-5 ildən sonra, təkrar ağrımağa başlayır. Bu şeylər olmasın deyə, vaxtında problemin qarşısını almaq, müalicəni düzgün aparmaq lazımdır.

 

- Siz “kök hüceyrədən” danışdınız. Nədir o?

 

- Biz insanlar özümüz Kök Hüceyrədən yaranmışıq. Kök hüceyrələr diferensasiya olmamış  hüceyrələrdir. Bunlar bölünərək digər toxumalara çevrilə bilirlər. Yəni biz milyonlarla kök hüceyrəni dizə yeritdikdə orda qığırdağı bərpa edir, bağları möhkəmlədir, üzə yeritdikdə üzü cavanlaşdırır, bərpa edir, qırışları açır, rəngini dəyişir, təbii hala gətirir. Və yaxud da  onurğaya yeritdiyimiz zaman onurğaya, veneya yeritdiyimiz zaman immun sistemə təsir edərək müəyyən xəstəliklərə, xüsusilə dağınıq skliroz xəstələrinə kömək edə bilir.

 

- Kök hüceyrələri haradan alınır?

 

- Kök hüceyrələrinin müxtəlif alınma sahələri var: sümük iliyi, yağ hüceyrələri... Bu hüceyrə insanın özündən alındığına ğörə zərərsiz maddədir. Biz bunu əsasən yağ hüceyrələrindən alırıq. Yağlar göbək ətrafından xüsusi şprislə alınır. Labaratoriyada 2 saat ərzində mezon kök hüceyrələri ayrılır və bu, sağaldıcı olaraq zədələnmiş toxumalara yeridilir. Sual oluna bilər ki, niyə yağ hüceyrələri. Çünki yağda sağaldıcı mezon hüceyrələr çoxdur. Bu vasitə ilə dizdə ağrılar 1 ay ərzində azalır, tam nəticəni isə 5 ay ərzində əldə edirik.

 

- Kök hüceyrənin cavanlaşma xüsusiyyətini qeyd etdiniz. Bu üsulun, digər - botoks, süni gellər, təbii gellərlə fərqi nədir?

 

- Dediyiniz  botoks, süni gellər, təbii gellər müvəqqətidir. Amma bu ömürlükdür. Yəni bir müalicədə Kök hüceyrə üzə yeridilirsə, xəstələr bununla da ömürlük doğal üzə sahib olurlar.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı