Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib

17:32 03-04-2019 | icon 413 | Siyasət
Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Gənclər Birliyinin 7-ci hesabat-seçki konfransı keçirilib.

 

Versus.Az-ın məlumatına görə, konfransda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin üzvləri Aqiyə Naxçıvanlı, Eldar İbrahimov, Rauf Əliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digər qonaqlar iştirak edib.

 

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov konfransı giriş sözü ilə açaraq konfransın gündəliyi barədə məlumat verib.

YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyyətinin üzvü Sadiq Əliyev ötən müddət ərzində görülmüş işlər barədə hesabatla çıxış edib.

 

Sonra təşkilatı işlərə baxılıb. YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyyətinin üzvləri, YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri və sədr müavini seçilib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Aqiyə Naxçıvanlı, Eldar İbrahimov, Rauf Əliyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov konfransda çıxış ediblər.

 

Çıxış edənlər YAP və YAP Gənclər Birliyinin Azərbaycanın ictimayi-siyasi həyatındakı rolundan danışaraq, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini, gənclər siyasətinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirərək azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələrdən danışıblar. Birinci növbədə gənclərin yüksək savad və bilik əldə etmələrinin, azərbaycan tarixinin dərindən öyrənilməsinin, milli – mənəvi dəyərlərimizin qorunub saxlanılmasının, vətənpərvərlik hislərinin daha da gücləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyəti qeyd olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol