““Təhsil almaq hüququ hər kəsə aiddir"
"Xarici universitetlərə yalnız attestatla qəbulu heç cür əngəlləmək olmaz”
Versus.Az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə yalnız attestatla qəbul şansı olarsa gənclərin dəyərləndirməyi normaldır:
“Təhsil almaq hüququ hər kəsə aiddir. Məhz ona görə də xarici universitetlərə yalnız attestatla qəbulu hər hansı şəkildə əngəlləmək doğru deyil. Gənclər xarici ölkə universitetlərində yalnız attestatla keyfiyyətli təhsil ala bilməyəcəklərsə, orada oxumağın heç bir mənası yoxdur. Xarici ali məktəblərə yalnız attestatla qəbul şansı olarsa gənclərin dəyərləndirməyi normaldır. Çünki, onların öz canı, pulu və əziyyətidir. Məhz ona görə də həmin gənclərə mane olmaq olmaz... Hər kəs Azərbaycan təhsilinə nəsə qazandırmağa borclu deyil ki... Sadəcə, tənqid edə bilərik ki, bu doğru addım deyil”.
Fazil Mustafanın sözlərinə görə, xarici universitetlərə yalnız attestatla qəbul olmaq gənclərin hüququdursa, təhsil də ala bilərlər:
“Xarici universitetlərdə oxumaq istəyən gənclər var ki, attestatla da özünü təhsil almağa hazır hesab edir.
Azərbaycanda ali məktəbə qəbul imtahanından uğurla keçə bilməyənlər xarici universitetlərdə müvəffəqiyyətlə oxuya da bilər. Özünə güvənən gənclər əcnəbi ölkələrin universitetlərinə qəbul imtahanı verərək təhsil ala bilir.
Amma Azərbaycanda ali məktəbə qəbul imtahanından uğurla keçə bilməyənləri də qınamaq olmaz. Onu da bildirim ki, xarici universitetlərə yalnız attestatla qəbulun heç bir çətinliyi yoxdur. Əlavə olaraq qeyd edim ki, yalnız attestatla təhsil alanların savadı olacaqsa iş taparaq çalışa biləcəklər. Amma savadı olmayan gənclər iş tapıb, çalışa da bilməyəcək”.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...