AMEA-nın sabiq prezidenti Eldar Salayev danışdı

17:58 03-04-2019 | icon 485 | Təhsil
AMEA-nın sabiq prezidenti Eldar Salayev danışdı

 

Azərbaycan Milli  Elmlər Akademiyasının sabiq prezidenti akademik, fizika-riyaziyyat elmlər doktoru Eldar Salayev uzun müddətdir ki, mətbuat və aktiv ictimai həyat, elmi proseslərdə görünmür.

Buna səbəb olan əsas faktorlardan biri də təbii ki, qocaman akademikin yaşı və səhhətidir.

Versus.Az azedu.az-a istinadən xəbər verir ki, uzun müddət səhhətindən əziyyət çəkən, hətta gözlərindən də əməliyyat olunan Eldar Salayev sayta açıqlamasında bu gün də akademiyaya gedib-gəldiyini, elmi işçi olaraq çalışdığı qurumda  fəaliyyətini davam etdirdiyinibildirib:

“Mən hər zaman olduğu kimi, bu gün də AMEA-nın tərkibində olan Fizika İnstitutunda öz işlərimi davam etdirirəm. Bura mənim üçün çox doğmadır. Elə AMEA-da prezident kimi çalışdığım dövrdə də buradan başqa yerə üz tutmamışam. Elmlə məşğul olmaq mənə ruh yüksəkliyi verir”.

Qeyd edək ki, akademik Eldar Salayev 1983-97-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Əməkdarelmxadimi, Dövlətmükafatılaureatıolanakademikin prezidentlik fəaliyyəti dövründə AMEA-da bir sıra yeniliklərə imza atılır.

Birsıraregionlarda – Şamaxı, Naxçıvan, Şəki, Qubadaelmi-tədqiqat institutları yaradılıb.

AMEA-da naşirlik fəaliyyəti aktual məsələlər siyahısına daxil edilib. Bu addım həm akademiya daxilində, həmdə xaricdə elmi məqalə və monoqrafiyaların çapını sürətləndirib.

86 yaşlı akademik hazırda AMEA-nın Fizika İnstitutunun əməkdaşıdır. İslam Akademiyasının üzvüdür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür