Beynəlxalq cüdo yarışında Azərbaycan təmsilçilərinin adları dəqiqləşib

18:07 03-04-2019 | icon 514 | İdman
Beynəlxalq cüdo yarışında Azərbaycan təmsilçilərinin adları dəqiqləşib

“İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq cüdo yarışının təşkilat komitəsinin iclası keçirilib.

Versus.Az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, 13-14 may 2019-cu il tarixlərindən Bakıda keçiriləcək para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışları ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.

MPK prezidenti və təşkilat komitəsinin sədri İlqar Rəhimov bildirib ki, artıq yarışda iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. Belə ki, yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Yarış ilə bağlı paytaxta gələcək nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edəcək.

İlqar Rəhimov yarışlarda iştirak edəcək Azərbaycan Komandasının da artıq dəqiqləşdiyini qeyd edib. Onun sözlərinə görə, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsi üzrə 13 idmançı təmsil edəcək. Bunlar Murad Əliyev (60kq), Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Zaməddin Poladov (73 kq), Murad Həziyev (81 kq), Hüseyn Rəhimli (81 kq), Ramin Əliyev (90 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), Kamil Ağayev (100 kq) və İlham Zəkiyevdir (+100 kq).

Qadınların yarışında isə 6 çəki dərəcəsində 10 idmançı ölkəmizi təmsil edəcək. Qadın idmançılarımızı bunlardır: Gülnar Gereyeva (48 kq), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (-70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimova (+70 kq).

Bakı Qran-Prisinə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İran, İtaliya, İspaniya, Kanada və Çin kimi böyük ölkələrdən idmançılar gələcək. Azərbaycan, ABŞ, Rusiya, İran, Türkiyə, Ukrayna, Braziliya, Əlcəzair, Yaponiya və Özbəkistan Bakı Qran-Prisində ən böyük nümayəndə heyəti ilə qatılacaq.

İ.Rəhimovun sözlərinə görə, para cüdo yarışlarında idmançıların tibbi klassifikasiyasının da vacib məsələ olduğunu qeyd edib:

 

ABŞ, Braziliya, Nigeriya, Avstraliya, Keniya və Almaniya kimi ölkədən klassifikatorlar gələcək. Beynəlxalq klassifikatorlar heyəti yarışa qatılan idmançıları tibbi müayinədən keçirəcək və onların para cüdo yarışları üçün uyğun olub-olmadıqlarını müəyyən edəcək. Klassifikasiyalar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq”, - o vurğulayıb.

Təşkilat komitəsinin iclasında, həmçinin o da qeyd olunub ki, yarışların təşkil olunmasında əlilliyi olan şəxslərin yaxından iştirakı təmin olunacaq.

“İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq cüdo yarışına təşkilati dəstək: Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA), Beynəlxalq Cüdo Federasiyası (IJF), Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Cüdo Federasiyası (AJF), Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

Yarışın tərəfdaşları: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, SOCAR, BP , Toyota, Bakı Nəqliyyat Agentliyi, Coca-Cola və Şəms Group.

İTV və İPPON TV yarışları canlı yayımlayacaq./trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”