İşıqsız işıqforlar, çaşqınlıq yaradan zolaqlar...

18:33 03-04-2019 | icon 755 | Köşə
İşıqsız işıqforlar, çaşqınlıq yaradan zolaqlar...

Sürücülərin, sərnişinlərin, piyadaların həyatı üçün ölüm təhlükəsi yaranır

 

 

ƏMRAH FƏQANOĞLU

 

Bakıda bəzi küçə və prospektlərdə quraşdırılan yol nişanları yol hərəkəti haqqında qanuna ziddir. Bəzi işıqforlar isə ya ümumiyyətlə işləmir, ya da düzgün işləmədiyi üçün hərəkət iştirakçılarında çaşqınlıq yaradır. Bu səbəbdən də qəzalar baş verir, sürücülərin, sərnişinlərin, o cümlədən piyadaların həyatı üçün ölüm təhlükəsi yaranır.

 

Məsələn, 8-ci km qəsəbəsindəki maşın bazarının qarşısında körpünün altından çıxan avtomobillər üçün "yol ver" nişanı quraşdırılıb. Həmçinin, keçmiş Nəqliyyat Nazirliyinin qarşısından sağa dönərək xeyli irəlidən, körpünün altından sola burulub, Qələbə dairəsinə gedən magistrala çıxmaq istəyən sürücülər də sağdan gələn avtomobillərə yol verməlidirlər. Baxmayayaraq ki, yol hərəkəti haqqında qanuna görə tuneldən, körpü altından çəxan avtomobillər hərəkət üstünlüyünə malikdirlər.

 

Babək prospektindən Günəşliyə gedən yolda, körpünün qurtaracağında artıq bir ilə yaxındır quraşdırılan işıqforların da işlədiyi bircə gün belə olmayıb. Əgər işləməyəcəkdisə, nə üçün bu qədər xərc çəkib onları quraşdırırdılar? Maraqlandım, DYP-dən deyirlər o məsələ BNA-lıqdı, yəqin BNA da deyəcək, hansısa qurumluqdu... Fakt budur ki, işləmir o işıqforlar və həmin ərazidə hərəkətin tənzimlənməsində addımbaşı təhlükə mövcuddur.

 

Babək prospektində dönmə əməliyyatı edən avtomobillər üçün yolda irəliyə hərəkətin məhdudlaşdırılması da həm sürücülərdə çaşqınlıq, həm də yolda ciddi tıxac yaradır. Bilmədən sol yola daxil olan avtomobilə nə üçün hərəkətini düz istiqamətdə davam etdirməyə qadağa qoyulub axl? Bəlkə də qəsdən edilib ki, kameralar və DYP vasitəsilə daha çox qayda pozuntusu qeydə alınsın və daha çox sürücü cərimələnsin? Çünki yaxın zamana qədər Bakı-Şamaxı yolunda da sürücülər dönmək üçün salınan yolayrıclarına yaxınlaşanda qəflətən sürət həddi "60" yazılan yol nişanını görür və əyləci basmağa məcbur qalırdılar. Yolboyu bu hal ən azı on dəfə təkrarlanırdı. Nəhayət, sağ olsunlar, axır ki, insafa gəlib, bu mənasız "60"-ları ləğv etdilər, qaldı "90"-lar, sonradan bir qədər də insafa gəlib, onları da "110"-la əvəzlədilər ki, sürücü və sərnişinlər mənzil başına vaxtında yetişə bilsinlər. Amma bir "əmma" yenə qalmaqdadır: yolboyu DYP avtomobilləri sürücüləri mənasız və əsassız bəhanələrlə saxladıb, yoldan edirlər. "Sağdan sola keçəndə guya dönmə işığını yandırmamısan", "ümumi yoxlamadı", "dedik bəlkə bir kömək lazımdı", "bayramınızı təbrik etmək istədik" və s. əsasız və gülüməli təsir bağışlayan "səbəblərlə"...

 

İnanıram ki, bunlar da keçib gedəcək, necə ki, mənasız və məntiqsiz "60"-lar, ardınca da da düppədüz yollardakı "90"-lar aradan qaldırıldı. Bir halda ki, yollara hər kilometrdən bir radarlar quraşdırılıb, nəzarət kameraları 7/24 şəkir, o azaman yol polislərinin o yollarda dayanıb, gedib-gələnləri boşuna yoldan eləməyinə ehtiyac olmamalıdır. Onsuz da postlarda gedib-gələnləri saxlayır, nəyi var yoxlayırlar...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür