ADU-nun italyan mərkəzinin yaranmasının 10-cu ildönümü münasibəti ilə tədbir keçirilib

13:49 04-04-2019 | icon 575 | Təhsil
ADU-nun italyan mərkəzinin yaranmasının 10-cu ildönümü münasibəti ilə tədbir keçirilib

 

Azərbaycan Dillər Universitetinin (ADU) İtalyan mərkəzinin yaranmasının 10-cu ildönümü münasibəti ilə tədbir keçirilib.

Versus.Az xəbər verir ki, ADU-dan verilən məlumata görə, mərkəzin rəhbəri Nərgiz Cəfərova İtalyan mərkəzinin 2009-cu ildə açıldığını deyərək, mərkəzin fəaliyyəti haqqında məlumat verib. Mərkəzin zəngin kitabxanaya malik olduğunu bildirən Nərgiz Cəfərova keçirilən tədbirlər, dəvət olunan italiyalı qonaqlar barədə də danışıb. O, ötən il ADU ilə İtaliyanın Neapol şəhərinin Şərqşünaslıq Universiteti arasında anlaşma memorandumunun imzalandığını da diqqətə çatdırıb.

ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev universitetin və təmsil olunan ölkələrin təbliğ edilməsi üçün 15-dən çox dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib. İtalyan mərkəzinin öz fəaliyyəti ilə nümunəvi mərkəz olduğunu deyən prorektor növbəti illərdə də mərkəzin uğurlarının daha geniş vüsət almasını arzulayıb.

İtalyanın Azərbaycandakı səfirinin müavini Umberto Boyeri tədbirdə iştirak etməkdən qürurlu olduğunu bildirib. İtalyan dili mərkəzinin Azərbaycanda italyan dilinin tədrisi üçün istinad mərkəzinin olduğunu deyən U.Boyeri mərkəzin iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinə töhfə verdiyini qeyd edib. İtalyan dilini öyrənən tələbələrin də böyük əhəmiyyət daşıdıqlarını deyən səfir müavini italyan dilinin tədrisinin səfirlik üçün prioritet məsələ olduğunu diqqətə çatdırıb. O, həmçinin səfirliyin təhsil sahəsində gələcək planlarından da söz açıb.

Bakı-Neapol Assosiasiyasının Azərbaycan üzrə vitse-prezidenti Elnur Camalxanov təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirilən layihələr haqqında məlumat verib. O, həmçinin ADU ilə birgə İtaliyanın Şərqşünaslıq Universitetində Azərbaycan dili mərkəzinin yaradılmasının görülən uğurlu işlərdən olduğunu deyib.

 

Sonra italyan mərkəzinin rəhbəri Nərgiz Cəfərova Bakı-Neapol Assosiyasiyasının dostluq medalı ilə təltif olunub.

Mərkəzin əməkdaşlıq etdiyi İtaliyanın dil mərkəzləri və təşkilatlarının rəhbərlərinin video-təbrikləri göstərilib.

Daha sonra Tərcümə fakültəsinin tələbələrinin ifasında mahnı və rəqslər nümayiş olunub, İtaliyanın görməli yerləri və tanınmış şəxslərinin əks olunduğu rəsm əsərlərinin sərgisi keçirilib.

Tədbirdən sonra İtaliyanın milli mətbəxinin təamlarının dadına baxılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...