26 kilometrlik gəzinti və 11 il vaxt tələb edən muzey, milyonlarla eksponat

14:17 04-04-2019 | icon 597 | Maraqlı
26 kilometrlik gəzinti və 11 il vaxt tələb edən muzey, milyonlarla eksponat

Bu şəhərin adı bir neçə dəfə dəyişsə də, yerli sakinlər bütün dövrlərdə Sankt-Peterburqu Piter adlandırıblar. Əsası 1703-cü ildə 1-ci Pyotr tərəfindən qoyulan Sankt-Peterburq 1712-1918-ci illərdə Rusiya imperiyasının paytaxtı olub.

Sankt-Pterburqu Rusiya tarixinin bütövlükdə şəhər eksponatı kimi də qiymətləndirmək olar. Şəhərin hər addımında bir tarix yaşayır və həm dövlət, həm də sakinlər bu tarixi çox ciddi şəkildə qoruyurlar.

Piter sakinlərinin doğma şəhərlərinə qeyri-adi sevgiləri var. Bu sevginin özəyində isə qürur hissi özünü daha qabarıq biruzə verir. Tarixin ağır sınaqlarından çıxmış Piter üç inqilaba, 1905-1907-ci illər, 1917-ci il burjua-demokratik fevral inqilabı, 1917-ci ildə oktyabr sosialist inqilabına şahidlik edib.

Piterlilər Almaniya-SSRİ müharibəsi illərində (1941-45) Leninqradın mühasirəsi ilə bağlı hadisələrdən daha qürurla söhbət açırlar, piterlilərin dözümlüyünü, iradəsini, doğma şəhərlərinə olan bağlılıqlarını şərəflə qeyd edirlər.

Bu şəhərə növbəti səfərimdə də bir daha köklü piterlilərin alicənab, son dərəcə mədəni olmalarının şahidi oldum. Hər hansı bir ünvanı axtararkən kiməsə müraciət edəndə, həmin şəxs böyük həvəslə, təmkinlə, səbrlə və ən nəhayət, gülərüzlə sənə yardımçı olursa, demək o, əsl piterlidir. Və bunu özləri də etiraf edir: “Biz rusların zadəgan zümrəsindənik”. Əsl piterlilər hətta Moskvaya yuxarıdan, şimaldan baxır, çünki şimal paytaxtının sakinləridir."müsavat"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin