Zakir Həsənov: "Hər an döyüşlərə başlaya bilərik”

14:21 04-04-2019 | icon 512 | Gündəm
Zakir Həsənov: "Hər an döyüşlərə başlaya bilərik”

 

“Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir”.

Versus.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur: “Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silahl-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.

Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistanın bütün ordusu ilə Azərbaycan Ordusunun yalnız 20 faizi döyüşüb: “Mən tez-tez ön xətdə hərbçilərlə görüşür və onların problemlərini, müraciətlərini dinləyirəm. Biz hər üç aydan bir “Açıq qapı” günü elan edirik və valideynlər öz əsgər övladları ilə görüşür, onların hərbi hissələrdəki vəziyyəti ilə tanış olurlar. Biz heç nəyi gizlətmirik. Bəzən yalan informasiyalar yayırlar ki, guya hərbi hissələrdə əsgərlər çətin şəraitdə yaşayırlar. Mən bu yalanları yayanlara demək istəyirəm ki, yalanın ömrü qısa olur. Çünki valideynlər övladlarının necə şəraitdə yaşadığını görür və onları aldada bilməzsiniz. Azərbaycan dövləti ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün çox böyük vəsaitlər sərf edir. Bu da Azərbaycanın güclü iqtisadiyyatından aslıdır”.

“Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”, deyə müdafiə naziri əlavə edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı