Mükafatın (creation) ilk laureatı azərbaycanlı bəstəkar oldu

15:03 04-04-2019 | icon 350 | Mədəniyyət
Mükafatın (creation) ilk laureatı azərbaycanlı bəstəkar oldu

1967-ci ildə yaradılmış “Aga Khan Foundation” Fondu bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan MusicAward”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın (creation) ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESCO-nun “Artist for Peace” adına layiq görülmüş Firəngiz Əlizadə olub.

Versus.az xəbər verir ki, almaniyalı musiqişünas Silviya Metsherin verdiyi məlumatda bildirilir ki, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Bayram konsertindən sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.

“Аga Khan Foundation” Fondunun press-relizində bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilir, vurğulanır ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Sevindirici haldır ki, Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, “Kronos Quartet”, “Berliner Philharmoniker”, “Royal Concertgebouw Orkestra”, “New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.

Laureatların təltif edilməsi mərasimi və konsert Portuqaliya mətbuatında və telekanallarda, “The Daily Star” qəzetində və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür