"Hökumətdə yaradılmış komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək"
"Diqlas" ticarət mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarlardan bu gündən sənəd qəbulu başlanılıb".
Versus.Az "Report "a istinadla xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, sahibkarlara ödənişlər "Kapital Bank " və "Azər-Türk Bank" vasitəsilə həyata keçiriləcək. Nazir qeyd edib ki, sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar kompensasiyadan xidmət haqqı tutmayacaqlar. Ş.Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib.
"Bu günə olan məlumata görə 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib və 14 -15 mln. manat məbləğində kreditin ödənilməsi ilə bağlı tələb ortaya çıxıb. Biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarların İnkişaf Fondunda vəsait var. İlkin olaraq 3 mln. manat ayrılıb. Hökumətdə yaradılmış komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək", - deyə nazir vurğulayıb.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"