Hafiz Hacıyev: “Adlarını dəyişmiş ermənilər…”

13:24 19-09-2017 | icon 535 | Sosial
Hafiz Hacıyev: “Adlarını dəyişmiş ermənilər…”

“Bu ölkənin çörəyini yeyib, suyunu içdiyi qablara tüpürən adam əlbətdə ki, erməni xislətli birisidir”

“Bu gün siyasi partiyalarda hansısa bir canlanma o baxımdan hiss oluna bilər ki, sədrlər yalnız seçkidən-seçkiyə partiya olaraq missiyaları olduğunu xatırlayırlar. Bizim partiya isə hər zaman aktiv fəaliyyətdə olduğu üçün bu “canlanma” sözü bizə aid deyil. Yəni bizdə seçkidən-seçkiyə yox, daim canlılıq var”.

Bu sözləri Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə partiyaların bir qismi qara piarla məşğuldur, digər qismi isə fəaliyətlərini aktiv göstərmək üçün ətraflarına yığdıqları insanlara yalan vədlər verməklə gündəmi tuturlar:

“Azərbaycanda yalnız bir neçə partiya ciddi siyasi fəaliyyətlə məşğuldur ki, onlardan da biri Müasir Müsavat Partiyasıdır. Biz çox ciddi şəkildə prezident seçkilərinə hazırlaşırıq. Partiyamız dinamik şəkildə inkişaf edir, rayon təşkilatlarında güclü canlanmalar var, bizim nümayəndələrimiz mütəmadi bölgələrdə olurlar. Biz bütün məsələləri, problemləri xalqımızla birgə həll etmək istəyirik. Dövlətçiliyin müdafiəsi partiyamızın ən vacib məsələlərindən biridir və sonadək də mövqeyimiz bu olacaq. Adlarını dəyişmiş ermənilər – Aslan İsmayılov kimilər, hansı ki, əsl adı Abedikdir, SOROS fondundan aldığı pullar hesabına Azərbaycan dövlətini, onun prezidentini gedib Amerikanın telekanalında aşağılayır, təhqir edir. Bu ölkənin çörəyini yeyib, suyunu içdiyi qablara tüpürən adam əlbətdə ki, erməni xislətli birisidir”.

Partiya sədri bildirib ki, Azərbaycanlı olan kəs öz vətənini, dövlətçiliyini qorumalıdır:

“Rəhməlik Rəsulzadənin, Elçibəyin bir vəsiyyəti olub ki, dövlət başçısı kim olmasından asılı olmayaraq dövlətçiliyi qorumaq lazımdır. Bizim partiya da onların bu tövsiyyələrinə sadiq qalaraq, dövlətimizi qoruyuruq”.

Hafiz Hacıyev digər bəzi partiya nümayəndələrinin dedi-qodu etdiklərini, çox vaxt partiya qərargahında deyil, hansısa çay evlərində toplaşaraq kimlərinsə ünvanına qara yaxmaqla məşğul olduqlarını vurğulayıb.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı