"Ata səninçün darıxıram":

16:14 04-04-2019 | icon 719 | Şəhidlər və şahidlər
"Ata səninçün darıxıram":

 

Bu gün II Fəxri Xiyabanda aprel döyüşlərində şəhid olan hərbçilərimiz yad edilib. Onlar arasında Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Mirzə Səlvər oğlu Novruzov da olub.

Son nəfəsinə kimi döyüşlərdə şücaət göstərən hərbçimiz Mirzə Novruzov da Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda dəfn edilib. Mirzə Novruzov ailəli olub, onun iki övladı yadigar qalıb. O, Goranboy rayonu, Tapqarqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Aprel döyüşlərində iki gün ərzində düşmənlə igidliklə mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin 16 hərbi qulluqçusu şəhid olub. Bu şəhidlərdən biri Milli Ordumuzun zabiti, baş leytenant Novruzov Mirzə Sərvər oğlu Goranboy rayonu, Tapqarqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Anım mərasimində Mirzə Novruzovun, eləcədə vətən uğrunda həlak olan digər şəhidlərimizin ruhuna dualar oxunub, məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Yaxın qohumları, döyüş yoldaşları onun məzarına əklil düzüblər.

Şəhidimiz Mirzə Novruzovun anası Rüxsarə Novruzova onun haqqında xatirələrini bizimlə bölüşüb.

Daha ətraflı təqdim etdiyimiz videomüsahibədən izləyə bilərsiniz.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI