Bakı polisi kafedə baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

16:49 04-04-2019 | icon 505 | Hadisə
Bakı polisi kafedə baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda kafedə baş verən silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

Versus.Az report-a istinadən xəbər verir ki, İdarənin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 3-də saat 19.30 radələrində Biləcəri qəsəbəsində yaşayan Elmar Quliyev həyat yoldaşının ailə-məişət münasibətlərinin pozulması zəminində ata evinə qayıtması məsələsinə aydınlıq gətirilməsi üçün E.Quliyevi və onun yaxınlarını, qayınatası Vəli Nəbiyev kafeyə dəvət edib. Görüş zamanı tərəflər arasında qarşılıqlı mübahisə yaranıb.

E.Quliyevin atası Elnur Quliyev üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq E.Quliyev, onun atası və dostu, eləcə də V.Nəbiyevin qardaşı, şübhəli şəxs qismində saxlanılaraq, hadisə zamanı istifadə olunmuş idman tapançası aşkarlanaraq götürülüb.

Binəqədi RPİ-də istintaq davam etdirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI