“Mənim formulam var: “ərazilər müqabilində sülh” yox, “yeni ərazilər uğrunda yeni müharibə”.

17:01 04-04-2019 | icon 506 | Qarabağ
“Mənim formulam var: “ərazilər müqabilində sülh” yox, “yeni ərazilər uğrunda yeni müharibə”.

Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni çətinliklər yaradır.

Versus.Az -ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.

 

Ermənistan müdafiə nazirinin səsləndirdiyi “yeni ərazilər uğrunda yeni müharibə” fikrinə toxunan nazir bildirib ki, bu cür yanaşma çaşqınlıq yaradır:

“Biz bu yaxınlarda Vyanada görüş keçirdik və “3+2” formatında bəyanat verdik, 3 saat keçəndən sonra isə Ermənistanın müdafiə naziri dedi: “Mənim formulam var: “ərazilər müqabilində sülh” yox, “yeni ərazilər uğrunda yeni müharibə”. Bu isə çaşqınlıq yaradır. Bir tərəfdən bizim əhvalımız müsbətdir, digər tərəfdən isə Ermənistanın müdafiə naziri yeni çətinliklər yaradır. Bu, üzərində işləməli olduğumuz problemlərdən biridir. Fikrimcə, onlar tezliklə başa düşəcəklər ki, ilhaq siyasəti, separatçılıq beynəlxalq münasibətlərdə işləmir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...