"Ermənistan ordusu hücuma keçsə, Tonayanla İrəvanda görüşəcəyik..."

18:03 04-04-2019 | icon 356 | Siyasət
"Ermənistan ordusu hücuma keçsə, Tonayanla İrəvanda görüşəcəyik..."

“Çox şey danışmaq olar, amma dediyin sözün arxasında imkanın da olmalıdır. Mənim fikrimcə, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar. David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur”.

Versus.Az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində Ermənistanın müdafiə naziri David Tonayanın bəyanatına münasibət bildirərkən deyib.

Z.Həsənov vurğulayıb ki, Azərbaycanın Ordusu da, isqtisadiyyatı da, nüfuzu da günü-gündən güclənir: “Bunlar hamısı faktdır. Ermənistanda nə baş verir? Ermənistanda mif çöküb və xalqı yenidən hansısa vasitə ilə ruhlandırmağa çalışırlar. İqtisadiyyatı inkişaf etdirmək istəyirlər, amma alınmır. Bütün dünya onlara deyir ki, nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb Ermənistanda iqtisadi inkişaf olmayacaq. Ermənistan xalqı ölkədən qaçır, çünki ölkənin iqtisadiyyatı çöküb. Biz hər gün Ermənistanda nələr baş verdiyini televiziya vasitəsilə görürük. Xalq küçələrə çıxır. Mədəniyyət işçiləri, dəmiryolçular, əsgər anaları hər gün aksiya keçirirlər. Onlar Ermənistan rəhbərliyinə deyirlər ki, ölkəni pis vəziyyətə qoymusunuz. Bütün bunlara görə ölkə ictimaiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaq istəyirlər. Ona görə də belə fikirlər səsləndirirlər”.

Müdafiə naziri vurğulayıb ki, David Tonayanın bəyanatı fantaziyadır: “Ermənistanın müdafiə naziri David Tonayan Amerikaya niyə getmişdi? Pul dilənməyə getmişdi. Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər. Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistan Azərbaycana hücum edə bilməz. İndi ötən əsrin 90-cı illəri deyil. Mən bunu eşidəndə dedim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. Onda mən onunla Yerevanda görüşərdim. O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”