Laçın 37 saylı məktəbdə “Bilik günü” sevinci yaşanıb

14:37 15-09-2017 | icon 652 | Təhsil
Laçın 37 saylı məktəbdə “Bilik günü” sevinci yaşanıb

“Bu, məktəbimiz üçün yüksək nəticə kimi qiymətləndirilir”

“Bu il məktəbimizdə 11-ci sinfi 24 nəfər şagird bitirib. Onlardan 3 nəfəri fərqlənmə attestatı alıb. 1-ci sinifdə isə 27 nəfər şagird yer alacaq”.

Bunu Versus.Az-a Taxtakörpü ərazisində məcburi köçkünlər üçün salınmış Laçın Obaları qəsəbəsində yerləşən Laçın rayon 37 saylı tam orta məktəbin drektoru Səxavət Məmmədov bildirib.

Məktəbin 2007-ci ildən fəaliyyət göstərdiyini qeyd edən Səxavət Məmmədov bu məktəbə 2015-ci ildən drektor təyin edilib. Onun sözlərinə görə məktəbdə 232 şagirdin təlim-tərbiyə işi ilə 42 nəfər müəllim məşğuldur.

Məktəb drektoru təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən “Bilik günü”ndə birinci dərs saatlarının “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu qeyd edib.

İlk dərs saatlarında şagirdlərə Cocuq Mərcanlıda, Laçında döyüşən qəhrəmanlar, eləcə də “Aprel döyüşləri”ndə həlak olmuş Ülvi Məmmədovun vətən sevgisi və qəhrəmanlığından danışılıb. Şəhid Ülvi Məmmədovun qardaşı fəxri qonaq kimi tədbirdə olub. Tədbirin fəxri qonaqları sırasında rayon icra hakimiyyətinin müavini İlqar İlyasov, qəsəbə icra nümayəndəsi Mamed Süleymanov da iştirak ediblər.

Səxavət Məmmədov Versus.Az-a açıqlamasında rəhbərlik etdiyi məktəbin qazandığı uğurları xüsusilə vurğulayıb:

“Bu 11-ci sinfi bitirən 24 nəfər şagirddən 12-si ali təhsil müəssisələrinə, 4 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunaraq tələbə adını qazanıblar. Bir nəfər şagirdimiz Səriyyə Quliyeva 629 bal toplayaraq İqtisad Universitetinə, bir şagirdimiz Zülfiyyə Hətəmova isə 529 balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olunub. Bu, məktəbimiz üçün yüksək nəticə kimi qiymətləndirilir”.

Drektor məktəbin təmir olunaraq 2017-2018-ci tədris ilinə tam hazır olduğunu bildirib. Onun sözlərinə görə, birinci sinifə qəbul olan 27 nəfər şagirdlə yanaşı, azsaylı xalqar üçün təşkil olunmuş hazırlıq qrupunda 10 nəfər, azərbaycanlılar üçün təşkil olunmuş hazırlıq qrupunda isə 12 nəfər şagird tədrisini davam etdirəcək.

Məktəb drektoru müəllimlərin diaqnostik imtahanlarda qazandığı yüksək nəticələri qeyd edərək bunu məktəb üçün böyük nailiyyət adlandırıb.

Eyni zamanda şagirdlərin bilik səviyyəsini və nizamnaməyə uyğun qaydalarla bağlı qısa açıqlama verib:

“9-cu sinifi 20 nəfər bitirib və onların hamısı bütün fənlərdən müsbət qiymətlər alıb. 11-ci sinifi bitirən 24 nəfər şagirdimizdən 23 nəfəri hər üç fəndən müsbət qiymət alıb.

Təhsil ocağımızın xüsusi nizamnaməsinə əsasən Azərbaycanın təhsil qanunu rəhbər tutularaq məktəbimizin müəllim və şagirdləri xüsusi geyimlə təmin olunublar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI