Xaçmazda istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub

11:10 05-04-2019 | icon 448 | Hadisə
Xaçmazda istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Xaçmaz rayonunun Armud Padar kəndi ərazisinin meşə zolağında Köhnə asvalt zavod adlanan əraziyə baxış keçirən zaman həmin sahədə 110 kq sümüklü, 36 kq sümükdən ayırılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, at başları, ayaqları və digər hissələri aşkar olunub.

 

AQTA-dan Versus.Az-a verilən məlumata görə, ilkin araşdırma zamanı aşkar olunmuş ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan mənşəyi məlum olmayan ətlər insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan Agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.

 

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirməkdədir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə Agentliyin 1003 nömrəli "Çağırı Mərkəzi”nə məlumat verməyi xahiş edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı