Bu məktəbə bu il 1-ci sinifə şagird qəbul olmadı

17:58 15-09-2017 | icon 689 | Təhsil
Bu məktəbə bu il 1-ci sinifə şagird qəbul olmadı

“Bilik günü”ndə birincilərsiz qalan məktəb də oldu

“Bu il məktəbimizə 1-ci sinif şagirdləri qəbul olunmadı. “Bilik günü”ndə hər bir məktəbdə olduğu kimi 1-cilərin gəlişi ilə müşahidə olunan böyük sevinci, həyacanı yaşamadıq. Şagird sayının azalması bizi məyus edir”.

Bunu Versus.Az-a Yardımlı rayon Perimbel kənd orta məktəbinin direktoru Əfsər Piriyev təəssüflə bildirib. O, buna səbəb kimi kənd əhalisinin azlığını və gənclərin köçüb şəhərlərdə yaşaması ilə ortaya çıxan demoqrafik problemlə əlaqələndirib.

Əfsər müəllim bildirib ki, Rerimbel kənd orta məktəbi Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildə tikilib və hər cür şəraitə malikdir.

Məktəb drektoru “Bilik günü”ndə ilk dərs saatının Cocuq Mərcanlıya – vətənpərvərlik mövzusuna həsr olunduğunu qeyd edib:

“Məktəbdə 34 şagird və 13 müəllim var. Kollektivin az olmasına baxmayaraq hər kəs öz işini layiqincə görür. Məktəbdə keyfiyyətli tədris işi aparılır. Müəllimlər az qala şagirdlərlə fərdi şəkildə işləyirlər. Ötən il məktəbi bitirən şagirdlər arasında ali təhsil müəssisələrinə, texnikomlara daxil olanlar olub. Bununla yanaşı diaqnostik qiymətləndirmədə müəllimlərimiz hamısı yüksək bal toplayıblar. Hazırda da 12 nəfər müxtəlif elmi dərəcələr almış məzunumuz respublikanın müxtəlif ali təhsil müəssisələrində çalışırlar”.

Əfsər müəllim Perimbel kənd orta məktəbinin bağlanma təhlükəsi ilə üz-üzə dayandığını və sərhəd bölgəsində yerləşən bir kənd üçün bunun arzuolunmaz olduğunu vurğulayıb. Onun sözlərinə görə, məktəb bağlanarsa şagirdlər 4 kilometr aralıda yerləşən məktəbə getmək məcburiyyətində qalacaqlar:

“Müəllimlərimizin işləmək potensialı güclüdür. Çalışırıq ki, məktəbimiz tam orta məktəb kimi fəaliyyətini davam etdirsin. Statistik göstəriciyə görə, gələn il birinci siniflərə gələn uşaqlar olacaq”.

Hazırda məktəbdə müəllim-psixoloqa və ali təhsilli hərbi müəllimə ehtiyac olduğunu deyən Əfsər müəllim, Perimbel kəndinin sərhəd teli ilə 500 metr aralıda və iki post keçidinin ortasında yerləşdiyini vurğulayıb. Onun sözlərinə görə, kənd rayon mərkəzindən 12 kilometr aralıda olsa da, yollar asfalt olduğundan gediş-gəliş rahatdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”