"Sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar"

12:48 05-04-2019 | icon 372 | Siyasət
"Sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar"

"Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dəyən zərəri dövlət ödəmir. Bunun səbəbi sığorta sistemində kifayət qədər arxayınçılığın olmasıdır".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar:

 

“Onlar riskli sahələri sığorta etməkdən çəkinirlər. Pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər. Bunlar ciddi məsələdir. Bu insanlarda belə bir arxayınçılıq yaranıb ki, baş verən təbii fəlakət, faciə zamanı məsuliyyəti dövlət öz üzərinə götürəcək və dəyən ziyanı ödəyəcək. Amma dünyanın heş bir ölkəsində belə bir praktika yoxdur. Siz təsəvvür edin ki, son 10-15 ildə nə qədər faciə, təbii fəlakət baş verib və hamısının da məsuliyyətini dövlət öz üzərinə götürərək dəyən ziyanı ödəyib. Belə olmaz".

 

Komitə sədrinin sözlərinə görə. sığorta bazarının inkişaf etməsi vacibdir:

"Bu sahədəki problemlərin aradan qaldırılması ilə bağlı dövlət qurumları, sığorta şirkətlərinin, deputatların, mütəxəssislərin birgə iştirakı ilə dinləmə keçirsək yaxşı olar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol