Elmar Məmmədyarov təyyarədə erməni jurnalistlərin sualını cavablayıb - VİDEO

13:00 05-04-2019 | icon 573 | Gündəm
Elmar Məmmədyarov təyyarədə erməni jurnalistlərin sualını cavablayıb - VİDEO

Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması çox güman ki, tamamilə başqa şərait mühit yarada bilər.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təyyarədə Ermənistan jurnalistlərinin sualına cavab verərkən deyib.

 

Nazir deyib:

“Hamı fikirləşir ki, nəticələr fərqlidir. Əgər siz tarixə baxsanız, hər bir müharibədə fərqli tarixlər var. Hər kəs öz tarixini qurur: kim haqlıdır, kim günahkardır və sairə. Amma ümumilikdə fikrimcə, 2016-cı ilin apreli göstərdi ki, sülh hələ də yaxın deyil. Biz hər zaman deyirik ki, ordu kazarmalara geri dönməlidir. Ancaq bu yolla biz dinc nizamlanmaya yaxınlaşa bilərik. Erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tamamilə yeni mühit yarada bilər. Mənim ölkəmin ərazisi erməni əsgərləri tərəfindən işğal edilib. Bax, Ermənistan vətəndaşının Azərbaycan ərazisində hərbi xidmətdə nə işi var?”

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…