“Biz özümüz yeni standartlar müəyyənləşdiririk”
“Sizi yeni dərs ili münasibəti ilə təbrik edirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaq, işləyəcəksiniz. Bütün şagirdləri, müəllimləri bu gözəl hadisə münasibəti ilə təbrik etmək istəyirəm”.
Versus.Az-ın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, 20 nömrəli məktəb dünyanın ən yüksək standartlarına cavab verir:
“Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olub. Bu gün də ölkənin ən böyük məktəbi kimi fəaliyyətini yeni binada davam etdirir”.
Prezident İlham Əliyev bildirib ki, 10 il əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülüb:
“Mən bu məktəbdə olmuşdum, təmir işləri aparılmışdı. O vaxt üçün bəlkə də təmir işləri pis aparılmamışdı. Ancaq bu, bizim bugünkü inkişaf səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni bina tikilsin. Xatırlayıram ki, o vaxt müəllimlər və şagirdlərdə müəyyən fikirlər, narahatlıqlar vardı ki, bu məktəb söküləcək və yerində başqa bina tikiləcək. Bəzən şəhərdə belə şayiələr gəzir. Ancaq bizim planımız başdan bundan ibarət idi ki, 20 nömrəli tarixi məktəbin yerində yeni məktəb tikilsin. 2,5 il ərzində möhtəşəm bir bina tikildi. Bu gün ölkəmizin ən böyük və gözəl məktəbi 20 nömrəli məktəbdir. Bu adı qazanmaq o qədər də asan deyil. Çünki son illər bölgələrdə və Bakıda bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. 20 nömrəli məktəb bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaq”.
Nilufər
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"