Ərdoğanın partiyası İstanbuldakı seçkilərin ləğvini tələb etdi

16:08 05-04-2019 | icon 387 | Dünya
Ərdoğanın partiyası İstanbuldakı seçkilərin ləğvini tələb etdi

Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyası martın 31-də baş tutan bələdiyyə seçkilərində İstanbulun nəticələrinin ləğv edilməsini və seçkilərin yenidən keçirilməsini tələb edir.

 

BakuPost Sozcu-yə istinadən xəbər verir ki, partiyanın Böyükçəkməcə rayon təşkilatı bu rayonda qeyri-qanuni seçici qeydiyyatı aparıldığını iddia edərək, İstanbul bələdiyyəsinə seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edir.

 Partiya bununla bağlı İstanbulun Seçki Dairəsinə müraciət edib.
 

Qeyd edək ki, bələdiyyə seçkilərinin rəsmi olmayan rəqəmlərinə görə, İstanbulun yeni bələdiyyə sədri müxalif “Millət İttifaqı”nın namizədi Əkrəm İmamoğlu olub. O, seçicilərin 48,8 faiz səsini alaraq, rəqibi AKP namizədi Binəli Yıldırıma qalib gəlib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”